EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “Sağlamlıq şəhərinin ” ən yaxşı ənənələri
Media мərkəz » Xəbərlər

“Sağlamlıq şəhərinin ” ən yaxşı ənənələri
08.04.2016

Xəbərlər

Andrey Kulçinskiy, Truskavets (Qərbi Ukrayna) şəhərinin meri

– Truskavets təxminən 190 illik tarixi olan unikal balneoloji kurortdur. Bu “Sağlamlıq şəhəri” öz həkimlər nəsli, unikal müalicə ənənələri və digər millətlərlə geniş ünsiyyət təcrübəsi ilə məşhurdur, belə ki, milyonlarla qonaq yerli kurortları ziyarət edir. Qonaqlarımızın sosial-etnoqrafik mənşəyini təhlil edərək qeyd etmək olar ki, kurortlarımızı ziyarət edən millətlər  arasında Azərbaycanlılar birinci yeri tuturlar, belə ki, bizim sizinlə uzunmüddətli sıx əlaqələrimiz var. Stendimizdə keçirilmiş dünənki görüşlər bu qanunauyğunluğu təsdiqləyib – stendimiz ziyarət olunub və olunacaq! Bu sərgidə iştirak etmək xoşdur və şərəfdir, tədbir genişmiqyaslıdır, əla təşkil olunub və keçirildiyi yer əlverişlidir. Dərhal görünür ki, dövlət daxili və xarici turizmin inkişafına böyük diqqət ayırır.

Bizim turizm məhsullarımız ənənəvi olaraq pasiyentlərin müalicəsi ilə məşğul olan sanatoriyalardır. Profil proqramları ilə yanaşı, sidik-cinsiyyət sistemi, maddələr mübadiləsi, hərəkət-dayaq sistemi və bir sıra digər xəstəliklərin müalicə metodları uğurla tətbiq edilir. Bu qəbildən tatınmış “Naftusya” suyunun möcüzəvi xüsusiyyəti mühüm yer tutur.

Nümunə kimi, göl sahilindəki mənzərəli məkanda yerləşən dörd-ulduzlu “Karpat” otel-kurort kompleksini qeyd edə bilərəm. Kurortun geniş ərazisində əla landşaft parkı, xüsusi tibb mərkəzi, restoran, karaoke-bar, kiçik heyvanat parkı və mühüm əhəmiyyət kəsb edən müalicəvi mineral su zalı (“byuvet”) yer alır.

 



Tərəfdaşlar