EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Turizm sektoru üçün peşəkar kadrlar
Media мərkəz » Xəbərlər

Turizm sektoru üçün peşəkar kadrlar
08.04.2016

Xəbərlər

Əyyub Əyyubov, Mingəçevir Turizm Kollecinin direktoru

– Azərbaycan turizm sahəsində böyük potensiala malik olan bir ölkədir və burada turizm sektorunda ixtisaslaşmış kadrlara həmişə ehtiyac var. Bu il öz onilliyini qeyd edən Mingəçevir Turizm Kolleci qonaqpərvərlik sənayesində peşəkar kadrların hazırlanması ilə məşğul olan aparıcı təhsil müəssisəsidir. Kollecimizin əksər məzunları bu gün Azərbaycan və xaricdə turizm sahəsində çalışırlar.

15-ci yubiley “AITF” sərgisindəki stendimizdə kollecin fakültə, şöbə, maddi-texniki baza və müəllim heyəti, eləcə də kollecin turizm sahəsində ixtisaslaşmış xarici təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri və s. barədə ətraflı məlumat təqdim olunur.

Kollecimizin fəaliyyəti barədə daha ətraflı məlumat almaq istəyən abituriyentləri və onların valideynlərini stendimizə dəvət edirik. Həmçinin, biz sərgi müddətində xarici həmkarlarımızla əməkdaşlıq baxımından perspektivli ünsiyyət qurmaq istərdik.

 



Tərəfdaşlar