EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Yubiley sərgi əla marketinq vasitəsidir
Media мərkəz » Xəbərlər

Yubiley sərgi əla marketinq vasitəsidir
08.04.2016

Xəbərlər

Oksana TUMER, TOROS RESIDENCE” (Türkiyə) inşaat şirkətinin satış bölməsinin rəhbəri

– Türkiyənin Alanya şəhərində yerləşən şirkətimiz 1974-cü ildən bəri bazarda fəaliyyət göstərir. Əsasən xaric üçün xidmətlər təklif edən “TOROS RESIDENCE” şirkəti yaşayış binalarının tikintisi sahəsində ixtisaslaşıb. Bizim təklif spektrimiz yaşayış binalarından tutmuş möhtəşəm villalara qədər geniş sahəni əhatə edir, sonuncu işimiz isə beşulduzlu otelin tikintisi ilə bağlı olub. Buna görə də biz Bakıda ilk növbədə turizm sektoruna istiqamətlənmiş tikinti xidməti üzrə ən yaxşı təkliflərlə çıxış edirik.

Biz “AITF” sərgisində ilk dəfə iştirak edirik və əsas diqqəti stendimizin informasiya təminatına ayırmışıq. Bu məqsədlə, biz xidmətlərimiz barədə kataloqlar təklif edir və eyni zamanda, yerli bazarın monitorinqini həyata keçiririk. Biz bu vaxta qədər Skandinaviya ölkələri və Rusiya ilə əməkdaşlıq etmişik, hazırda isə Ukrayna və Qazaxıstan kimi ölkələrə daha çox diqqət ayırırıq. Biz həmçinin Mersin, İstanbul, Ankara və Alanya şəhərlərində bir sıra yüksək səviyyəli layihələri uğurla həyata keçirmişik.

Şübhəsiz ki, peşəkar sərgi yaxşı marketinq vasitəsidir və Azərbaycanla tanışlıq istiqamətində atılmış reklam addımı hesab edilir. Yeni təəssüratlar gələcək əməkdaşlıqların təminatı ola bilər. Biz daim bir sıra sərgilərdə iştirak edirik və müasir Avropa forumları ilə yaxşı tanışıq. Həmçinin, biz biznes layihələri ilə əlaqədar rasional həll variantlarını tapmaq iqtidarındayıq.

 



Tərəfdaşlar