EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Azərbaycanın ilk otellər şəbəkəsi
Media мərkəz » Xəbərlər

Azərbaycanın ilk otellər şəbəkəsi
08.04.2016

Xəbərlər

Leyla Məmmədova, Gilan Hospitality” şirkətinin satış və marketinq üzrə təmsilçisi

– Biz “AITF” turizm sərgisi ilə bir neçə ildir ki, əməkdaşlıq edirik və bu gün burada Azərbaycanın 13 oteldən ibarət ilk otellər şəbəkəsini bir daha təqdim edirik. Bu otellərin 8-i Azərbaycanın kurort şəhəri Qəbələdə, 4 otel Bakıda və 1 otel isə ölkənin subtropik zonası olan Lənkəranda yerləşir. Bundan başqa, ziyarətçilərə paytaxtımızdakı “Kempinski Hotel Badamdar” otelinin potensialı və Qəbələ şəhərində bu il istifadəyə verilməsi gözlənilən yeni “Gabala Lake Palace Espace Chenot Health Welness Hotel” oteli barədə də məlumat veririk.

Biz hamını stendimizə dəvət edirik. Burada şəbəkəmizin yeni və populyar  otelləri, məsələn: “Tufandağ” qış-yay turizm kompleksindəki “Tufandag Hotel” mehmanxanası və ya paytaxtın işgüzar hissəsində yerləşən yeni “Qafqaz Baku Sport” oteli barədə ətraflı məlumatlar təqdim olunur.

Biz yüksək keyfiyyət və komforta qiymət verən yerli və xarici ziyarətçiləri öz stendimizdə görmək istərdik. Son illər otellərimiz ərəb ölkələri və İrandan gələn ziyarətçilər arasında çox məşhurdur və bu da şübhəsiz ki, sevindirici bir haldır. Mən inanıram ki, sərgidəki iştirakımız sayəsində otellər şəbəkəmizə daha çox diqqət cəlb edə biləcəyik.

 



Tərəfdaşlar