EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Rəylər
AITF - Təhsil məsələləri: peşəkar konsultasiyalar
Media мərkəz » Xəbərlər

Təhsil məsələləri: peşəkar konsultasiyalar
08.04.2016

Xəbərlər

Turanə Muradova, “IGEC” şirkətinin xaricdə təhsil üzrə marketinq direktoru

- Bu il biz “AITF” sərgisində debüt edirik. Şirkətimiz Azərbaycan vətəndaşlarına xaricdə, xarici vətəndaşlara isə Azərbaycanın təhsil müəssisələrində təhsil almaq imkanını təklif edir. Bizim əməkdaşlıq etdiyimiz ölkələr arasında ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Avstraliya, Kanada və digər ölkələr var.

Bizim stenddə şirkətimizin təklif etdiyi xidmətlərə aid informasiya materialları, kataloqlar və bukletlər təqdim olunur. Ziyarətçilər şirkətimizin konsultantları ilə söhbət edə və onları maraqlandıran bütün məlumatları birinci əldən əldə edə bilərlər.

Biz ixtisaslaşmış təhsil məsələləri ilə maraqlanan hər kəsi görməyə şadıq. Biz həmçinin peşəkarlarla təcrübə mübadiləsi aparmağa da hazırıq və xaricdə təhsil almaq istəyənlərə zəruri tövsiyələr verə bilərik. Bu sərgi yüksək səviyyədə təşkil olunub və şirkətin xidmətlərini geniş auditoriyaya təqdim etmək üçün yaxşı imkan yaradır.

 



Tərəfdaşlar