EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - İtaliyadan müalicəvi və kosmetoloji məhsullar
Media мərkəz » Xəbərlər

İtaliyadan müalicəvi və kosmetoloji məhsullar
08.04.2016

Xəbərlər

Cüzeppe Ronka (Giuseppe Ronca),

“Terme e Grandi Alberghi Sirmione SPA” şirkətinin satış ofisinin nümayəndəsi

– Biz Beynəlxalq “AITF” sərgisində ilk dəfə olaraq yod-brom duzları ilə kükürdlü su kimi dəyərli təbii elementləri əldə etməklə inkişafa nail olan İtaliyanın çoxtərəfli müəssisəsini təqdim edirik. Şirkətin sərəncamında iki termal kompleks - “Terme Virgilio” və “Terme Catullo”, üç termal otel – beşulduzlu “Grand Hotel Terme”, dördulduzlu “Hotel Sirmione e Promessi Sposi” və üçulduzlu “Hotel Fonte Boiola” otelləri, eləcə də “Aquaria” termal sağlamlıq mərkəzi var. Şirkətin təklifləri apteklərdə satılan iki məhsulla – “Acqua di Sirmione” və “Sirmiogel” məhsulları, həmçinin “Aquaria Thermal Cosmetics” kosmetik məhsul silsiləsi ilə tamamlanır. Başqa sözlə, biz müasir sağlam həyat tərzini təqdim edirik.

Stendimizin ekspozisiyası şirkətimizin İtaliyadakı termal kurortlarında dincəlmək və müalicə almaq istəyən çoxsaylı ziyarətçiləri cəlb edib. Bizim məsləhətçilər sizə ətraflı məlumat verməyə və zəruri çap materiallarını təqdim etməyə hazırdırlar. Bundan başqa, burada 100% təbii termal sudan istifadə edilməklə hazırlanmış müalicəvi və kosmetoloji məhsullarımızın nümunələri təqdim olunur.

 



Tərəfdaşlar