EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “AITF 2016” sərgisi: Azərbaycanın beynəlxalq nüfuzu və zəngin turizm potensialı
Media мərkəz » Xəbərlər

“AITF 2016” sərgisi: Azərbaycanın beynəlxalq nüfuzu və zəngin turizm potensialı
09.04.2016

Xəbərlər

Bu gün 15-ci Yubiley Azərbaycan beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2016”) sərgisinin sonuncu iş günüdür. Müstəqil ekspertlərin, eləcə də çoxsaylı iştirakçıların rəyinə əsasən, dünyanın 29 ölkəsini təmsil edən 330 şirkəti bir araya toplamış “AITF” sərgisi Azərbaycanın zəngin turizm potensialını uğurla əks etdirməyə müvəffəq oldu.

“AITF” sərgisi fəaliyyətə başladığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev “AITF” sərgisini ziyarət edərək ekspozisiyaları baş çəkir və sərgi iştirakçıları ilə tanış olur. Bir  sıra xarici qonaqlar jurnalistlərə verdikləri müsahibələrdə ölkə başçısının “AITF 2016” sərgisini ziyarət etməsini böyük həvəs və ruh yüksəkliyi qarşıladıqlarını qeyd etdilər.

“AITF 2016” sərgisinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçirildiyini, 15 il ərzində regionun ən böyük və əhəmiyyətli tədbirinə çevrildiyini, turizmin inkişaf strategiyasını əks etdirdiyini və ölkədə perspektivli qeyri-neft sektoru olduğunu vurğuladı.

Ən populyar turizm istiqamətləri arasında 36-cı yeri tutan Azərbaycan Respublikası sabit, qonaqpərvər və bütün xoşniyyətli xalqlar üçün açıq bir ölkə kimi bütün dünyada getdikcə daha çox tanınır. Ölkədə keçirilən çoxsaylı tədbirlər, o cümlədən “AITF” sərgisi bunu bir daha sübut edir. Ötən günlər ərzində bütün ziyarətçilər müsbət təəssürat qazanıb. Milli pavilyonlar və ayrıca regional stendlər həmişə maraqlı tədbirlərlə insanları sevindirib. Mötəbər assosiasiyalar və turizm profillərinin birgə stendi isə həmişə olduğu kimi bu il də bütün mütəxəssisləri cəlb edərək, peşəkar təcrübə mübadiləsini təmin edib, müxtəlif millət və ölkələrin nümayəndələri arasında qarşılıqlı anlayışı formalaşdırıb.

Sərginin hər üç iştirakçısından biri debütantdır və bu statistika “AITF” sərgisinin ənənəvi inkişafını və ümumilikdə, tədbirin dünya miqyaslı nüfuzunu əks etdirir. “Tibbi turizm və Sağlamlıq turizmi” istiqamətini təmsil edən iştirakçıların da sayı əhəmiyyətli dərəcədə artmışdır. Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası, eləcə də ölkə regionlarının stendlərinin parlaq xüsusiyyətini və zəngin ekspozisiyasını qeyd etmək yerinə düşər. Azərbaycanın 20-dən artıq turizm şirkəti, habelə otel və sanatoriyasını öz stendinə bir arada toplayan Azərbaycan Turizm Assosiasiyasının (“AZTA”) ekspozisiyası həm Azərbaycan, həm də xaricdə turizm sahəsi üzrə geniş təkliflər spektrini əks etdirir.

“AITF” sərgisi Azərbaycanda elan olunmuş “Multikulturalizm ili”ndə dünya mədəniyyətinin əsil festivalına çevrilməklə yanaşı, bir sıra xalqların istedad və yaradıcılığını nümayiş etdirdi. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Bakı Ekspo Mərkəzindəki xüsusi pavilyonunun quruluşu və milli tətbiqi sənət növlərindən ibarət ekspozisiya ölkəmizin turizm potensialının kompleks şəkildə təbliğinə xidmət etmiş oldu. Təşkilatçıların hazırladıqları proqramların uğurla reallaşdırılması müxtəlif ölkələrin mədəniyyət və ənənələrinin cəlb olunmasına kömək edərək, sərginin möhtəşəm vizit vərəqəsinə çevrildi. Belə ki, ziyarətçilər klassik musiqinin müşayiəti ilə Türkiyənin stendində dərvişlərin populyar rəqslərini, hindlilərin yoqa təqdimatını və slavyan milli geyimlərinin möhtəşəm paradını maraqla izləyiblər.

Sərginin yubiley işgüzar proqramının əsas fərqləndirici cəhəti kimi, tədbir çərçivəsində ilk dəfə olaraq təşkilatçılar tərəfindən seminar keçirildi. Seminar iştirakçıları “onlayn” görüş təyinetmə sistemi vasitəsi ilə aparıcı yerli turizm şirkətlərinin nümayəndələri ilə işgüzar əlaqələr quraraq vasitəçilərsiz danışıqlar keçirdilər. Bu seminarla bağlı iştirakçılardan müsbət rəy alan təşkilatçılar hər il seminar keçirmək barədə qərar qəbul ediblər.

Bakı Ekspo Mərkəzində “AITF” sərgisi ilə yanaşı 10-cu Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HОREX Caucasus 2016”) sərgisi keçirilib. Bu tədbir turizm sərgisini uğurla tamamlayaraq, həm otel sahibləri, həm də iqtisadiyyatın bu sahəsində fəaliyyət göstərən investor və sahibkarların peşəkar marağına səbəb olub.

Sərgi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (“UFI”) keyfiyyət nişanına layiq görülüb. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

 

 

 



Tərəfdaşlar