EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Münasib qiymətə yüksək keyfiyyət
Media мərkəz » Xəbərlər

Münasib qiymətə yüksək keyfiyyət
09.04.2016

Alina Makna, “Spare” (Latviya) turizm agentliyinin xarici turizm departamentinin direktoru

– Latviyanın yerli bazarla iş üzrə əsas şirkəti olan “Spare” turizm agentliyi artıq 11 ildir ki, Azərbaycanla əməkdaşlıq edir. Biz əsasən Latviyanın nəhəng və ən yaxşı klinikalarının Azərbaycan Respublikasındakı rəsmi təmsilçisi kimi çıxış edirik.

Dəfələrlə “AITF” sərgisində iştirak təcrübəsinə malik olan şirkət kimi, biz bu dəfə sərgidə geniş tərkiblə iştirak edirik. 15-ci yubiley turizm sərgisində Latviyanın milli stendi çərçivəsində “Spare” şirkəti ilə yanaşı, Riqa Turizmin İnkişafı Bürosu (“Live Riga”), Latviya Otel və Restoranlar Assosiasiyası və “AirBaltic” Latviya Milli Aviaşirkəti iştirak edir. Əsas xüsusiyyəti “Münasib qiymətə yüksək keyfiyyət” formulu olan turizm məhsullarımızla yaxından tanış olmaq istəyən Azərbaycan bazarının bütün peşəkarlarını öz stendimizdə görməkdən məmnunuq.

Bizim ölkəmizdə turizmin yüksək səviyyədə inkişaf etmiş ekskursiya, aktiv / ailəvi istirahət, tibb, korporativ və digər növlərinin bütün üstünlüklərindən zövq almaq üçün hər kəsi Latviyanı Riqa və Yurmala şəhərlərini ziyarət etməyə dəvət edirik. Bundan başqa, əlverişli coğrafi mövqeyi sayəsində Latviya Baltikyanı və Skandinaviya ölkələri boyu birləşmiş turlar üçün əla turizm istiqaməti hesab edilir. Səyahət edənlər “AirBaltic” şirkətinin Bakıdan Riqaya birbaşa reysləri (may ayından sentyabr ayına qədər) ilə həm Latviyanın şəhərləri, həm də Estoniya, Litva, İsveçrə, Finlandiya və digər ölkələri asanlıqla ziyarət edə bilərlər.

Latviya və bütün sadalanan ölkələrdə Şengen vizası tətbiq olunur.

 



Tərəfdaşlar