EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Sağlamlıq və tibbi spa xidmətləri sektoruna verilən töhfə
Media мərkəz » Xəbərlər

Sağlamlıq və tibbi spa xidmətləri sektoruna verilən töhfə
09.04.2016

Xəbərlər

Heynts Şletterer (Heinz Schletterer), Medical Spa & Wellness Group” şirkətinin rəhbəri

– Avstriyanın “Medical Spa & Wellness Group GmbH” sağlamlıq və tibbi spa xidmətləri üzrə strateji konsepsiyadan tutmuş təfsilatlı texniki planlaşdırmaya qədər, eləcə də layihələndirmədən başlayaraq konsepsiyanın uğurla reallaşdırılmasına kimi bir sıra sahələrdə öz müştərilərini dəstəkləyən təşkilatdır. Şirkət tanınmış “IQCURE®” brendi altında sağlamlıq və tibbi təyinatlı otel və kurortları idarə edir. Bizim biznes tərəfdaşlarımız öz müsbət təcrübələrinə əsasən təkidlə bu sərgini bizə tövsiyə edirdilər. Bundan başqa, Avstriya İqtisadi Palatası bu sərginin mötəbər tərkibi ilə əlaqədar tədbirdə iştirakın əhəmiyyətini vurğulayan maraqlı məqalə dərc edib.

Biz Xorvatiyanın milli stendi çərçivəsində klinika, reabilitasiya mərkəzi, tibbi turizm operatorları, otel və kurortların nümayəndələri ilə ünsiyyət qururuq, onlara fəaliyyət sahəsini əhəmiyyətli dərəcədə genişləndirmək və əlavə gəlir əldə etmək imkanı barədə məlumat veririk. “Medical Spa & Wellness Group” şirkətinin ardıcıl araşdırmaları investorlar üçün müalicə və sağlamlıq turizmi sahəsində yüksək gəlirli istiqamətlər baxımından geniş imkanlar yaradır. Biz yerli otel operatorları və investorlar üçün tibbi layihələrin və otel SPA sektoru üzrə layihələrin hazırlanmasını təklif edirik.

Ümidvarıq ki, bu günlərdə iqtisadiyyat və tibb sektorlarının məsul nümayəndələri ilə uzunmüddətli əlaqələr quracaq və dünya bazarında iştirak payımızı artırmaq üçün satış üzrə potensial tərəfdaşlarla sabit əlaqələr quracağıq.

 



Tərəfdaşlar