EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
8 - 10 aprel 2021 Bakı Ekspo Mərkəzi
aitf

AITF-də yeniliklər

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi hesabatı 2019
AITF - Azərbaycan Seulda keçirilən beynəlxalq turizm sərgisində mükafatlandırılıb
Media мərkəz » Xəbərlər

Azərbaycan Seulda keçirilən beynəlxalq turizm sərgisində mükafatlandırılıb
24.06.2016

Azərbaycan Seulda keçirilən “KOTFA” beynəlxalq turizm sərgisində mükafatlandırılıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan “Ən yaxşı turizm nəşrləri” mükafatına layiq görülüb.

 

Nazirlikdən bildiriblər ki, sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, “Silk Way travel” və “Geo-travel” turizm şirkətləri təmsil ediblər.

 

Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən və 27 m² sahəsi olan milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında Koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub.

 

Tədbirdə eyni zamanda Azərbaycanın turizm potensialının Koreyada daha geniş tanıdılması məqsədilə bir sıra şirkətlərlə görüşlər keçirilib.

 

Qeyd edək ki, Cənub-Şərqi Asiya regionunun ən böyük turizm sərgilərindən olan KOTFA sərgisində Azərbaycan 4-cü dəfədir təmsil olunur.



Tərəfdaşlar