EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Rəylər
AITF - Ölkəmiz İstanbulda keçirilən “EMİTT 2017” beynəlxalq turizm sərgisində təmsil olunur
Media мərkəz » Xəbərlər

Ölkəmiz İstanbulda keçirilən “EMİTT 2017” beynəlxalq turizm sərgisində təmsil olunur
27.01.2017

Xəbərlər

26-29 yanvar 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2017" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. Ölkəmizi Nazirliklə yanaşı, Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti, “Bakı Turizm İnformasiya Mərkəzi”, “Ritm Travel”, “The Tour”, “Dərviş Travel”, “Millenium Tourism”, “Viacaucasus”, “Aristokrat”, “Flame Tour”, “Avtoqraf collection” turizm şirkətləri, “Duzdağ”, “Rigs Hotel” mehmanxanaları və “İteca Caspian” şirkəti təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 78 kv.m stend quraşdırılmış və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.

2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on beşinci dəfədir ki, “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir.

Həmçinin sərgi çərçivəsində Azərbaycan və Türkiyənin turizm sənayesinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş (B2B) keçirilmişdir.

Açılış mərasimində stendimizi Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, İstanbul şəhərinin valisi Vasip Şahin və bir sıra digər rəsmi şəxslər də ziyarət etdi.



Tərəfdaşlar