EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Birləşmiş Krallığın təhsil sistemi haqqında bütün məlumatlar
Media мərkəz » Xəbərlər

Birləşmiş Krallığın təhsil sistemi haqqında bütün məlumatlar
06.04.2017

Xəbərlər

Diana Traçevskaya, “James&William Consultancy Ltd.” şirkətinin direktoru

– “James&Williams” şirkəti Böyük Britaniyada yerləşir və təhsil turizmi ilə məşğul olur. Böyük Britaniyanın elitar pansion / yay məktəbləri, dil kursları və universitetlər bizim əsas ixtisaslaşma sahəmizdir. Biz Birləşmiş Krallığın təhsil sistemi haqqında hər şeyi bilirik və ölkənin bütün ən yaxşı təhsil müəssisələri ilə birbaşa əməkdaşlıq edirik.

Mənim iş təcrübəm 15 il ərzində dünyanın bir çox ölkəsinin sərgilərində iştirak təcrübəsini ehtiva edir. Biz Azərbaycana yerli təşkilatlarla və turizm şirkətləri ilə gələcək əməkdaşlığa dair böyük ümidlə gəlmişik. Bu üç gün ərzində biz ziyarətçilərə turizm xidmətlərinin ən yaxşı növlərini, daha dəqiq desək, qonaqların qarşılanması, daşınması, otellərdə yerləşdirilməsi, təlim xidmətləri, turizm paketləri, konsertlər və futbol matçlarına biletlər, eləcə də tərcüməçi və müşayiət xidmətlərini təklif edəcəyik. Bundan əlavə, biz ingilis dilinin tədris olunduğu uşaq düşərgələri və məktəblərini, habelə şirkət menecerləri üçün peşəkar təlim və ixtisasartırma kurslarını təklif edəcəyik. Həmçinin bizim stenddə ingilis məktəbində birhəftəlik pulsuz təlim lotereyası da oynanılır, belə ki, ziyarətçilərdən kiminsə bəxti gətirəcək!

Mən gələn il Bakıya təkcə turist qismində deyil, həm də sərginin iştirakçısı qismində yenidən gələcəyimə ümid edirəm.



Tərəfdaşlar