EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisi

8 - 10 aprel 2021 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi hesabatı 2019

Rəylər
AITF - “Ermitaj” muzeyinin unikal layihələri
Media мərkəz » Xəbərlər

“Ermitaj” muzeyinin unikal layihələri
06.04.2017

Xəbərlər

Kristina Antonova,“ERMITAJ MEDIA” holdinqinin xarici əlaqələr üzrə rəhbər müavini

– Ümid edirəm ki, “Ermitaj” muzeyi, “ERMITAJ MEDIA” holdinqi və “Ermitaj” muzeyinin rəsmi otelinin birgə stendi ziyarətçilərin və turizm sahəsi peşəkarlarının marağını özünə cəlb edəcək. Bu, bizim Azərbaycan turizm sərgisində ilk iştirakımızdır və Sankt-Peterburqun ən böyük muzeyinin debütü muzey infrastrukturunun bir hissəsini nümayiş etdirən nadir layihə ilə yaxından tanış olmağa imkan verəcək. Biz özümüzlə maraqlı video-film də gətirmişik və burada Sankt-Peterburq və muzeyin ən gözəl zalları üzrə gəzintini böyük ekranda (3 ölçülü formatda) nümayiş etdiririk.

Sərgidə həm Rusiya, həm də bütün dünyada çox məşhur olan bu muzeyi təqdim etməklə, biz Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də kömək edirik. Bu aksiyanı turizm sahəsində beynəlxalq səviyyəli marketinq aksiyası da adlandırmaq olar, çünki biz “Ermitaj” otelinin potensialını təqdim edirik.

“ERMITAJ MEDIA” holdinqi artıq Avropa, Asiya və Yaxın Şərq ölkələrinin sərgilərində iştirak edib. Biz çox ehtimal ki, təkcə turizm deyil, həm də mədəni mübadilə sahəsində ünsiyyət təcrübəsini genişləndirməyi nəzərdə tuturuq. Biz əminik ki, bizim “AITF 2017” sərgisində debütümüz turizm marşrutlarının populyarlaşmasına kömək edən layihənin dəyər və əhəmiyyətini daha da artırır.



Tərəfdaşlar