EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Biz “AITF” sərgisinin daimi iştirakçısı olmağa şadıq
Media мərkəz » Xəbərlər

Biz “AITF” sərgisinin daimi iştirakçısı olmağa şadıq
06.04.2017

Xəbərlər

Helena Yunqmanova, “Astra S.R.O.” turizm agentliyinin baş meneceri

– “Astra” turizm agentliyi dünyanın hər yerindən gələn qonaqlar üçün spa kurortlarında kompleks xidmətlərin təşkili üzrə ixtisaslaşır. Bizim şirkət Çexiyanın Karlovı Varı, Marianskiye Lazne, Frantişkovı Lazne, Yaximov, Podebradı, Teplitse, Luqaçovitse və s. bu kimi məşhur kurortlarını ziyarət etməyi təklif edir. Biz hər kateqoriyadan olan otellər, sanatoriyalar, pansionatlar, özəl mənzillər və apartamentlər təklif edirik. Biz bütün sutka ərzində fərdi və kollektiv qruplar üçün nəqliyyat xidmətlərini də təmin etmək iqtidarındayıq. Bizim agentlik həm də paytaxt Praqanın istənilən hissəsində yaşayış və xidmətlər təşkil edir.

“Astra S.R.O.” agentliyi artıq bir neçə dəfə Azərbaycan beynəlxalq “Turizm və Səyahətlər” sərgisində iştirak edib və bunun sayəsində də turizm sahəsində 50-dən çox tərəfdaş tapa bilib. Biz “AITF 2017” sərgisində Azərbaycan şirkətləri ilə əməkdaşlığı genişləndirməyi planlaşdırırıq.

Bizim fikrimizcə, bu sərgi turizm sahəsində işgüzar əlaqələrin gələcək inkişafı üçün çox faydalıdır. “AITF” sərgisi dünyanın hər yerindən aparıcı şirkətləri bir araya gətirir və bunun sayəsində onlar Azərbaycan bazarında öz üstünlüklərini əyani surətdə nümayiş etdirə bilirlər. Bizim şirkət bu sərginin daimi iştirakçısı olmağa şaddır və Azərbaycanın turizm biznesinin peşəkarlarını, habelə Çexiya Respublikasının turizm potensialı haqqında daha çox məlumat almağı arzu edənləri öz stendinə dəvət edir.



Tərəfdaşlar