EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Məmnuniyyət hissi bəxş edən komfortlu müalicə
Media мərkəz » Xəbərlər

Məmnuniyyət hissi bəxş edən komfortlu müalicə
06.04.2017

Xəbərlər

Qalina Tarasova,  “Rogaška Slatina” (Sloveniya) kurortunun marketinq meneceri 

– Biz bugünkü sərgidə “Rogaška Slatina” kurortunda yerləşən iki oteli təqdim edirik. Bunlar “Sava” və “Zaqreb” otelləridir. Həmçinin biz sərgidə yeni məhsullarla çıxış edirik. Biz iki il əvvəl öz tibb mərkəzimizi açmışıq və bu mərkəzdə diabet, arıqlama, detoks, hərəkət-dayaq aparatı üçün daim yeni proqramlar tətbiq olunur. Bizim təklif etdiyimizi ikinci yenilik türk, fin, duzlu su saunaları kompleksində mineral suyun təsiri altında dincəlməyə imkan verən spa mərkəzin açılışıdır. Biz öz müalicə proqramlarımızda qonaqların özlərini xəstəxana mühitində hiss etməyib, rahat və  şəkildə müalicə alaraq dincəlmələri üçün onların rahatlığına xüsusi diqqət yetirməyə, onlar üçün münasib şərait yaratmağa çalışırıq. Biz fəxr edirik ki, bu mərkəz Sloveniyada hərəkət-dayaq aparatı, nevroloji xəstəliklərin müalicəsi üçün qaz iynələri təklif edən və rahatlaşdırıcı təsir bağışlayan yeganə tibb mərkəzidir.

Bir mühüm faktı qeyd etmək istəyirəm ki, bu gün Azərbaycandan gələn turistlərin sayında artım müşahidə olunur. Biz Bakıda keçirilən sərgilərdə dəfələrlə iştirak etmişik və burada bizim artıq öz tərəfdaşlarımız var. Buna görə də bizim bu sərgidə iştirak etməkdə məqsədimiz bu prosesi genişləndirmək və dəstəkləməkdən ibarətdir. Bir qayda olaraq, Azərbaycandan gələn qonaqlar tərkibində xeyli maqnezium olan bizim mineral sulara böyük maraq göstərirlər. Yeri gəlmişkən, bu mərkəz dünyada belə mineral suya malik olan yeganə mərkəzdir. Mən məmnuniyyətlə bildirirəm ki, sizin həmvətənlər bizdən həmişə razı qalır və barəmizdə xoş rəylər verirlər.



Tərəfdaşlar