EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Macarıstana gedən ən yaxşı yol!
Media мərkəz » Xəbərlər

Macarıstana gedən ən yaxşı yol!
06.04.2017

Xəbərlər

Aleksey Petrov, “1000 doroq” (Macarıstan) şirkətinin marketinq departamentinin direktoru:

– Bizim şirkət Macarıstanın ən böyük daxili turizm operatorudur. “1000 doroq” şirkəti 2000-ci ildən etibarən turizm bazarında uğurla fəaliyyət göstərir və Macarıstan və qonşu ölkələrdə müxtəlif turlar təklif edir. Biz ən müxtəlif zövq və büdcələr üçün nəzərdə tutulmuş     turizm məhsullarını geniş çeşidini təklif edirik. Bakıdan bizim ölkəyə müalicə və ekskursiya məqsədi ilə çoxlu sayda turist gəlir və macarlar da eyni dərəcədə Azərbaycanı öyrənməyə maraq göstərirlər.

Bizim şirkətdə turistləri Azərbaycana göndərilməsi ilə məşğul olan departament mövcuddur və qeyd etmək lazımdır ki, təkcə bu il Macarıstandan yeddi qrup Azərbaycana gələcək. Doqquz milyonluq ölkə üçün bu böyük göstəricidir. Biz “AITF” sərgisində yeddinci dəfə iştirak edirik. Biz uzun illər ərzində Bakıda möhkəm tərəfdaşlıq və dostluq əlaqələri qurmuşuq və buna görə də bu gün ənənəvi olaraq şirkətimiz tərəfindən əldə edilmiş nailiyyətləri nümayiş etdirməklə yanaşı, ölkəmiz barədə məlumat veririk. Macarıstan, bizim ölkəmizlə yanaşı Avropanın digər ölkələrini görmək imkanını bir daha xatırlatmaq yerinə düşər. Azərbaycanlı turistlər həftədə iki dəfə birbaşa reyslə Macarıstana gedə bilərlər. Son 2-3 il ərzində viza sistemi sadələşdirilib. Bizim əsas məqsədimiz Macarıstana səfəri qonaqlar üçün maraqlı, dolğun və qiymət baxımından cəlbedici və unudulmaz etməkdir.



Tərəfdaşlar