EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Biz sərgidə çoxşaxəli Gürcüstanı nümayiş etdirmək istəyirik
Media мərkəz » Xəbərlər

Biz sərgidə çoxşaxəli Gürcüstanı nümayiş etdirmək istəyirik
07.04.2017

Xəbərlər

Darya Xolodilina, Gürcüstan Turizm İdarəsinin marketinq üzrə koordinatoru

–Bizim üçün “AITF” sərgisində iştirak çox vacibdir və buna görə də biz hər il Bakıya gəlirik. Ölkələrimizi qədim dostluq əlaqələri birləşdirir və biz bu isti münasibətləri dəstəkləməkdən və inkişaf etdirməkdən məmnunuq. Gürcüstanın hər bölgəsinin öz güclü tərəfləri var – bu, bir tərəfdən  dəniz turizmi, digər tərəfdən isə dağ turizmidir. Kutaisi regionu mədəni irsinə, təbii xəzinəsinə görə, Axalsixe rayonu isə öz parlaq görməli yerləri ilə cəlbedicidir. Biz sərgidə çoxşaxəli Gürcüstanı göstərmək niyyətindəyik, belə ki, bu ölkənin müsbət cəhətləri turistlərə yaxşı məlumdur.

Sərgi istirahət, yerli mentalitet və milli sərvətlərin üstünlüklərini əks etdirmək, eləcə də qastronom maraqla yanaşı, işgüzar turizm perspektivlərini də genişləndirmək iqtidarındadır. Biz bu kateqoriyadan olan turistləri də cəlb etmək istəyirik. Biz istərdik ki, konfrans, görüş və korporativ tədbirlər Gürcüstanda da keçirilsin ki, daha çox insan bu tədbirlərə görə bizim ölkəmizi seçsinlər.

Bundan başqa, biz burada “Şeraton” və “Divan” otellərini, eləcə də “Sairme” kurortunu təqdim edirik. Ölkəmizə gələn turistlərin sayına görə Azərbaycan hazırda birinci yerdədir, belə ki, ötən il ölkəmizə gələn turistlərin sayı bütün göstəriciləri üstələyib və istərdik ki, daha çox insan dincəlmək və xoş vaxt keçirmək üçün bizim ölkəmizə gəlsin. Biz burada spa, işgüzar turizm, eləcə də festival turizmi barədə yeni məlumatlar təqdim edirik. Məsələn, ötən il “Gem Fest” festivalında iştirak etmək məqsədi ilə xeyli sayda insan Azərbaycandan Gürcüstana gəlib və biz daha çox insanı maraqlandırmaq üçün bu barədə ətraflı məlumat vermək qərarına gəlmişik.



Tərəfdaşlar