EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Rəylər
AITF - Xoş təəssüratlar və müsbət emosiyalar
Media мərkəz » Xəbərlər

Xoş təəssüratlar və müsbət emosiyalar
07.04.2017

Xəbərlər

Fidan Gümüş, Acibadem” şirkətinin MDB ölkələrində investisiya və biznesin inkişafı üzrə regional meneceri

– İlk növbədə, biz sərginin təşkilatçılarına öz minnətdarlığımızı bildirmək istərdik. Biz sərginin formatını, tədbirin əhatə dairəsini çox bəyəndik və tədbirin göstərdiyi təsir bütün proqnozlarımızı üstələdi! Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsi bütün iştirakçılar üçün mühüm hadisəyə çevrildi.

“Acibadem” brendi Avropada ən böyük və dünyada ikinci sayılan klinikalar şəbəkəsidir. Bu şəbəkəyə iyirmi iki nəhəng çoxprofilli klinika və on səkkiz tibb mərkəzi daxildir. Bu klinika və mərkəzlər əsasən Türkiyə, Bolqarıstan, Makedoniya, Amsterdam və Şimali İraqda yerləşir. Bizim güclü olduğumuz sahələr – hematologiya, onkologiya, plastik cərrahiyyə, klassik cərrahiyyə, “check-up”lar, botoks, ortopediya sahələridir. Bizim şirkət, həmçinin böyrək, sümük iliyi və qaraciyər transplantasiyası sahəsində ixtisaslaşıb.

“FIFA” Assosiasiyasının təmsilçisi kimi, biz idman komandalarının, xüsusilə də Azərbaycanda “Qəbələ” futbol klubunun sponsoruyuq. Biz hər il Bakıda keçirilən "BIHE" sərgisində iştirak edir və ziyarətçilərə hazır turizm paketləri təklif edirik.

Sərginin ilk iş günü nəticə baxımından bizim üçün çox səmərəli keçib. Biz imkanlarımızı, ən yaxşı təkliflərimizi maraqla öyrənən yeni insanlarla, potensial müştərilərlə görüşlər keçirdik, Azərbaycanlı turistlərin Türkiyəyə axını çox böyükdür, çünki dil və mədəniyyət baxımından ölkələrimiz arasında heç bir maneə yoxdur. Mən hətta Azərbaycanı xarici ölkə adlandıra bilmərəm, çünki bizim xalqlarımız etnik baxımdan çox yaxındır və biz doğma insanlar kimi görüşürük. Həmişə olduğu kimi, biz bu dəfə də sərgidən xoş təəssüratlar və müsbət emosiyalarla ayrılacağıq.

 

 



Tərəfdaşlar