EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Rəylər
AITF - Vorkşopun ikiqat faydası
Media мərkəz » Xəbərlər

Vorkşopun ikiqat faydası
07.04.2017

Xəbərlər

Svetlana Həsənova, “Freestyle Safari” şirkətinin meneceri

– Turizm sərgisi çərçivəsində təşkil olunan bu vorkşop çox mühüm və faydalı tədbirdir. Faktiki olaraq, bu, eyni zamanda iki eyni istiqamətli, lakin müxtəlif formatlı tədbiri ziyarət etmək deməkdir. Bu tədbir ikiqat fayda gətirir və bu faydalar həmkarlar və potensial tərəfdaşlarla peşəkar tanışlıqda ifadə olunur. Əgər sərgidə ünsiyyət aktiv şəraitdə keçirsə, “B2B” formatlı seminarda (əvvəlcədən planlaşdırılmış görüşlər əsasında) vaxt çərçivəsi ciddi şəkildə təyin olunur. Bunun sayəsində də görüşlərə əvvəlcədən hazırlaşaraq ümumi məsələlərə vaxt sərf etmirsən.

Bundan başqa, biz seminarda (əvvəlcədən əlaqə qurmaqla) şirkətlərin stendini ziyarət etməklə yanaşı, işgüzar məsələləri də ətraflı şəkildə müzakirə edə bilərik.

Builki seminar çox yaxşı təşkil olunub, ən əsası isə burada keyfiyyətli və bizə lazım olan tərəfdaş, şirkət və ölkələr təmsil olunurlar. Keçirdiyimiz görüşlərə əsasən deyə bilərəm ki, Belarus şirkətləri, Rusiya və Ukraynanın kurortlarının böyük maraq göstərirlər. Dominikan Respublikası da get-gedə maraqlı turizm marşrutuna çevrilir. 



Tərəfdaşlar