EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Turizm və milli bədii sənətlər
Media мərkəz » Xəbərlər

Turizm və milli bədii sənətlər
07.04.2017

Xəbərlər

Müslimat Halimbekova, Dağıstan Respublikası Turizm və Milli Bədii Sənətlər Nazirliyinin idarə rəisi, Dərbənd Turizm Mərkəzi 

– Biz daha əvvəl də Azərbaycanda keçirilən sərgilərdə iştirak etmişik, lakin bu dəfə bütün əsas sahələri təqdim etməklə, yeni formatda çıxış edirik. Biz burada yeni turizm müəssisəsi olan “Dərbənd-2000” şirkətini, o cümlədən bir sıra maraqlı məhsullarla yanaşı, milli bədii sənəd nümunələrini də təqdim edirik. “Kuban Milli Bədii Sənətlər Kombinatı” (“Кубачинсий Комбинат Народных Художественных Промыслов”) bütün dünyada yüksək keyfiyyətli zərgərlik məmulatlarının eksklüziv növləri ilə tanınır. Bizim üçün turizm və bədii sənət mərkəzləri qarşılıqlı əlaqəlidir və bir sıra turistlərin marağına səbəb olur.

“AITF 2017” sərgisində iştirak Dağıstanın regional turizm məhsulunun təbliğinə imkan verir və stendimizdə ziyarətçiləri maraqlı təkliflər gözləyir. Bizimlə Azərbaycan arasında bir neçə müştərək layihə var və bu layihələrin reallaşdırılmasına start verilib. Həmin layihələr Böyük İpək Yolu çərçivəsində turizm marşrutları ilə bağlıdır. Bundan başqa, biz Aleksandr Dümanın Qafqaza səyahəti ilə bağlı marşrut layihəsini yekunlaşdırmaq ərəfəsindəyik. Biz kruiz-yaxta turizmi və dəmiryol turizm marşrutları üzrə təkliflər veririk.

Əlbəttə, yeni etnik-mədəni marşrutlar Dağıstanın unikal tarixi abidələri ilə bağlıdır. Sərgi çərçivəsində səmərəli müqavilələr imzalamağa ümid edirik. Sərginin ilk iş günündən sonra qeyd edə bilərik ki, bizim təkliflər turoperatorlarla yanaşı, ayrı-ayrı şəxsləri də maraqlandırır. Sərgi yaxşı nəticələrə istiqamətlənib. Biz Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsini yüksək qiymətləndiririk, çünki bu, turizm sənayesinin inkişafına təkan verir. Ölkənizin Prezidentindən Kuban sənətkarlığı barədə müsbət fikirlər eşitmək bizim üçün çox xoşdur.



Tərəfdaşlar