EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Odessa şəhərinin böyük potensialı
Media мərkəz » Xəbərlər

Odessa şəhərinin böyük potensialı
07.04.2017

Xəbərlər

Yelena Dın, Odessa şəhərinin nümayəndəsi

– Bu gün biz möhtəşəm Odessa şəhərini təqdim edir və bu turizm marşrutu barədə bütün maraqlanan ziyarətçilərə ətraflı məlumat veririk. Sizə artıq tanınmış və tamamilə yeni olan otellər, turizm assosiasiyası və bu regionunun böyük potensialı barədə məlumat veriləcək. Biz Zatoka şəhərində beş otel və Odessanın özünəməxsus mətbəxini ehtiva edən yeni regional layihəni təqdim edirik. Beləliklə, biz Azərbaycanlı ayrı-ayrı turistləri maraqlandıra biləcək bütün məsələlər barədə məlumat vermək niyyətindəyik. Odessaya yeni təyyarə reysinin açılması ilə əlaqədar olaraq, Azərbaycanın məqsədyönlü auditoriyasını formalaşdırmağa və böyütməyə ümid edirik.

“AITF 2017” sərgisi bizim üçün bu səviyyəli ilk tədbirdir və ölkə rəhbəri Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsi əlbəttə mühüm əhəmiyyət kəsb edir. Yüksək təşkilatçılıq səviyyəsi sayəsində sərgidə təcrübə, informasiya mübadiləsi, ziyarətçilər və digər ölkələrin nümayəndələri ilə görüşlər üçün böyük imkanlar yaradılır. Mən sərginin ilk iş günündə bir sıra turoperator və turizm agenti ilə tanış olmaq, turizm assosiasiyasının nümayəndələri ilə görüşmək fürsəti əldə etdim və bir sıra konstruktiv dialoqlar apardım. Biz ümidvarıq ki, münasibətlərimiz daha da inkişaf edəcək və biz gələcəkdə Bakıda keçirilən sərgilərdə fəal iştirak etmək niyyətindəyik.



Tərəfdaşlar