EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Mühüm görüşlər qarşılıqlı fayda daşıyır
Media мərkəz » Xəbərlər

Mühüm görüşlər qarşılıqlı fayda daşıyır
07.04.2017

Xəbərlər

Rəvan Əhmədov, “ATA Travel” şirkətinin nümayəndəsi

– İlk növbədə, icazə verin tədbir haqqında öz fikirlərimi bildirim. “AITF” sərgisi uzun illərdir ki, ölkəmizdə təşkil olunur və turizm  sənayesinin peşəkarlarının marağına səbəb olan bir tədbirdir. Buna görə də mən sərginin təşkilatçılarına və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Sərgidə ənənəvi olaraq tanınmış şirkətlər və Azərbaycanlı turistlər arasında populyar olan otel və turizm istiqamətlərini təqdim edilir.

Sərgi çərçivəsində bu “vorkşop”un (seminarın) keçirilməsi şübhəsiz ki, 3tədbirin işgüzar tərkibini daha da gücləndirir. Bu gün keçirilmiş mühüm görüşlər ikitərəfli marağa səbəb olub. Turistlərin Azərbaycana artan marağını nəzərə alsaq, bizim üçün bunun prinsipial əhəmiyyəti var. Xüsusilə də, Belarus, Kolumbiya, Çexiya, Gürcüstan və digər ölkələri təmsil edən həmkarlarımız ilə maraqlı danışıqlar apardıq. Şirkətimizin bu istiqamətdə bir sıra şirkətlərlə əməkdaşlıq etməsinə baxmayaraq, seminarda yeni turoperatorların iştirak etməsi dünyanın müxtəlif ölkələrini təmsil edən tərəfdaş çevrəmizi daha da genişləndirməyə imkan verir.



Tərəfdaşlar