EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Bütün dünyada tərəfdaşlara malik olmaq vacibdir!
Media мərkəz » Xəbərlər

Bütün dünyada tərəfdaşlara malik olmaq vacibdir!
07.04.2017

Xəbərlər

Ceyhun Quliyev, tur meneceri, “ABA Travel” şirkəti

– Gənc kollektivə malik olan nisbətən yeni şirkət kimi, biz təcrübə toplamaq, turizm bazarının yenilikləri ilə tanış olmaq, yeni əlaqə və təmaslar qurmaq üçün istənilən fürsətdən istifadə edirik. Bu sərgi və onun keçirildiyi günlərdə təşkil olunan praktiki vorkşop arzularımızın həyata keçməsinə kömək edir. Mənim fikrimcə, bu tədbir işgüzar ünsiyyət üçün daha rahat şərait yaradır.

Sərginin səmərəsinə gəldikdə isə bu tədbir bayram və qızğın fəaliyyət abu-havası ilə bağlıdır, praktiki vorkşop isə gələcək əməkdaşlıq məsələlərini sırf işgüzar şəraitdə müzakirə etməyə kömək edir. Biz Belarus, Asiya və Latın Amerikası ölkələrindən olan həmkarlarımızla danışıqlar apardıq. Bizim şirkətin hər hansı konkret istiqamət üzrə ixtisaslaşmadığını və müştərilərin istəklərini yerinə yetirdiyini nəzərə alaraq, bizim üçün bütün dünyada müxtəlif tərəfdaş şəbəkəsinə malik olmaq çox vacibdir. Məncə, baş tutmuş bu praktiki vorkşop həmin şəbəkənin xeyli genişlənməsinə kömək etdi.

Biz bu tədbirdə gələn ildə məmnuniyyətlə iştirak edəcəyik!



Tərəfdaşlar