EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Azərbaycanla Hindistan arasında birbaşa aviareyslərin təşkili üçün danışıqlar aparılır
Media мərkəz » Xəbərlər

Azərbaycanla Hindistan arasında birbaşa aviareyslərin təşkili üçün danışıqlar aparılır
12.03.2018

Xəbərlər

"Azərbaycan və Hindistan arasında birbaşa uçuşların təşkili üçün danışıqlar aparılır". 
  
APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana "Hindistanın ən yaxşıları” adlı hind məhsullarının sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib. 
  
Səfir bildirib ki, sabah məsələ ilə bağlı Hindistandan Bakıya nümayəndə heyəti gələcək: "AZAL-la danışıqlar aparılacaq. Birbaşa reyslərin olması həm turizmin inkişafına, həm də iş adamlarının səfərlərinə töhfə verəcək. Bu istiqamətdə görüləsi işlər çoxdur".  
 
Səfir əlavə edib ki, Hindistanın “Ssn Pharma” əczaçı şirkəti "Gilan Holding"lə birgə müəssisə yaradılması üçün əlaqələr qurmağa başlayıb: "Digər əczaçı şirkətlərimiz də Pirallahı Sənaye kompleksi ilə əlaqələr qurmaqda maraqlıdır".



Tərəfdaşlar