EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Truskavetsə getmək arzusundasınız? Sizi sürpriz gözləyir!
Media мərkəz » Xəbərlər

Truskavetsə getmək arzusundasınız? Sizi sürpriz gözləyir!
05.04.2018

Xəbərlər

Ruslan Pristay, “Karpatı” mehmanxana-kurort kompleksi ASC-də Baş direktor müavini, Truskavets

– “Karpatı” mehmanxana-kurort kompleksinin Bakıda keçirilən sərgilərin daimi iştirakçısı olması təsadüf deyil: Truskavets şəhərinə səfər edən xarici turistlər arasında Azərbaycan vətəndaşları birinci yeri tutur. Hesab edirəm ki, çoxlarının bizim kurort şəhəri və sanatoriya haqqında məlumat eldə etdiyi və Azərbaycanın turizm agentlikləri ilə əlaqələr qurduğumuz hazırkı sərgi bu göstəricidə böyük rol oynayıb.

Ukraynanın Lvov şəhərindən 100 km-lik məsafədə, Karpat dağlarının ətəyində mənzərəli ərazisində yerləşən Truskavets bütün dünyada məşhur olan balneoloji kurortdur. İncisi Naftusya suyu olan kurortun mineral suları həzm orqanları, qaraciyər, böyrək, maddələr mübadiləsi, sidik axarı daşları xəstəliklərinin, I və II tip şəkərli diabet xəstəliklərinin, eləcə də digər əlaqədar xəstəliklərin müalicəsində istifadə olunur.

Bu il bizim stendimizdə ilk dəfə olaraq ziyarətçiləri unikal təklif - Bakı Ekspo Mərkəzində keçirilən sərgi zamanı sifariş olunan yollayışlara 10%-lik endirim gözləyir. Beləliklə, biz Truskavets şəhərinə getmək arzusunda olan hər kəsin yolunu gözləyirik! Sərgiyə gəlin və bütün bu kimi məlumatlarla yerindəcə tanış olun. Biz isə yollayışları elə buradaca rəsmiləşdirəcəyik!

Bundan başqa, biz yaxın zamanda bazara daxil olmuş yeni turizm şirkətlərini də stendimizə dəvət edirik. Biz uzun müddət əməkdaşlıq etdiyimiz köhnə tərəfdaşlarımızı da görməkdən məmnun olardıq.

Biz gələcəkdə də “AITF” sərgisində iştirak etmək niyyətindəyik, çünki Azərbaycanlı turistlərin Truskavets şəhərinə gəlməsi və sanatoriyamızı ziyarət etməsi bizim üçün çox mühüm əhəmiyyət kəsb edir.



Tərəfdaşlar