EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Bütün kateqoriyalardan olan ziyarətçilər bizim üçün maraqlıdır
Media мərkəz » Xəbərlər

Bütün kateqoriyalardan olan ziyarətçilər bizim üçün maraqlıdır
05.04.2018

Xəbərlər

Ana Labadze, Gürcüstanın Milli Turizm İdarəsində brendinq üzrə mütəxəssis

– Gürcüstanın milli stendi bu il yeddi müxtəlif şirkəti bir araya gətirib və onların arasında “Wyndham Batumi”, “Museum Hotel” (Tbilisi), “Sheraton / Marriott” (Tbilisi) və “Divan Batumi” otelləri, Tbilisi şəhərində yerləşən “Gino Paradise” su parkı, “Tskaltubo / Be Healthy” balneoloji reabilitasiya mərkəzi, eləcə də Acariya Turizmi İdarəsi yer alır. Biz diqqəti Gürcüstanda SPA turizmi istiqamətinə yönəltmək istəyirik. Tsxaltubo şəhərində yerləşən balneoloji kurort stendin ziyarətçilərinə öz xidmətlərini təklif edir. Bundan başqa, sərgidə iştirak edən bir sıra otellərdə şəxsi mükəmməl təchizatlı SPA mərkəzləri fəaliyyət göstərir.

Bizim “AITF 2018” sərgisində iştirakımız Gürcüstana daha çox Azərbaycanlı turist cəlb etmək arzusu ilə şərtlənir, çünki ölkəmizdə turizm iqtisadiyyatın prioritet istiqamətlərindən biridir. Bu il Gürcüstanda ölkənin populyarlaşmasını təşviq etmək və beynəlxalq imicini artırmaq məqsədilə nəzərdə tutulmuş  “Check in Georgia” milli layihəsi çərçivəsində müxtəlif mədəniyyət tədbirlərinin – konsert və festivalların keçirilməsi nəzərdə tutulur. Odur ki, hər kəsi Gürcüstana və stendimizə dəvət edirik. Bütün kateqoriyalardan olan ziyarətçilər, habelə turizm məhsullarının son istehlakçıları və turizm biznesinin nümayəndələri bizim üçün maraqlıdır.

 



Tərəfdaşlar