EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisi

8 - 10 aprel 2021 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi hesabatı 2019

Rəylər
AITF - Şərqi Yava ekzotikası!
Media мərkəz » Xəbərlər

Şərqi Yava ekzotikası!
05.04.2018

Xəbərlər

Məhəmməd Natsir, İndoneziyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi

– Biz sərgidə əhalisinin sayına görə İndoneziyanın ikinci ən böyük əyaləti olan Şərqi Yavanın turizm potensialını təqdim edirik. Bu əyalətin paytaxtı Surabaya şəhəri ölçüsünə görə ölkənin ikinci ən böyük şəhəri və limanıdır. Biz burada göstərməliyik ki, İndoneziyanın Bali ilə yanaşı, digər cazibədar bölgələr də mövcuddur.

Ziyarətçilər Şərqi Yava haqqında xeyli maraqlı məlumat əldə edəcəklər, belə ki, turizm təkliflərimiz arasında Bromo vulkanik dağına ekskursiya, “G point” adlı ərazidə sörfinq, çayda raftinq turları, dağda gəzinti, dənizdə dalma və qayıq səfərləri yer alır.

Əyalətimizdə işgüzar turizm imkanlarına da diqqət cəlb etmək istəyirik. Surabaya limanı bir çox ixracatçılar, o cümlədən Azərbaycanı təmsil edən, İndoneziyadan dənizlə yolu ilə mal təmin edən ixracatçılar tərəfindən istifadə edilir. Hal-hazırda, turistlər Şərqi Yavaya İstanbul, Dubay və ya Doha şəhərləri vasitəsi ilə (tranzit) gəlirlər. İndoneziyanın Azərbaycandakı səfirliyi AZAL-ın rəhbərliyi ilə birbaşa reyslərin açılması imkanlarını müzakirə edir.

Biz sahibkarlara Şərqi Yava və Azərbaycan arasında iqtisadi əlaqələr qurmağı, turizm şirkətlərinə isə Yavaya aktiv şəkildə turist göndərməyi təklif edirik. Hətta onlar üçün bizim xüsusi təklifimiz də var! Hər il İndoneziyadan Məkkə və Mədinə şəhərlərinə təxminən yeddi milyon zəvvar yola düşür. Bizim turizm şirkətləri onlara müxtəlif tranzit ölkələrində qalmağı nəzərdə tutan xüsusi paketlər təklif edir və biz Azərbaycanı da bu paketlərə daxil etmək istəyirik.



Tərəfdaşlar