EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “PASHA Travel” şirkətinin zəngin proqramı
Media мərkəz » Xəbərlər

“PASHA Travel” şirkətinin zəngin proqramı
06.04.2018

Xəbərlər

Əzizə Seyidova, PASHA Travel www.pashatravel.az şirkətinin İctimayyətlə Əlaqələr və Marketinq Direktoru

– Biz “AITF 2018” sərgisində peşəkar məhsullar arasında xarici turizmə yönəlmiş “PASHA Holidays” bölməsini təqdim etməkdən qürur duyuruq. Bu il şirkətimiz öz 15 illik yubileyini qeyd edib və bu da öz növbəsində müstəqil xarici turizm filialının açılışı ilə əlamətdar olub. Bütün ofisimiz müştəri yönümlüdür və bron üçün xoş atmosfer yaratmağa yönəlib. Bu sərgi stendində şirkətin əsas turizm istiqamətləri (Monteneqro və Xorvatiya) təklif olunur.

Ziyarətçilərə təqdim etməkdən məmnuniyyət duyduğumuz ikinci məhsul isə Azərbaycan üzrə unikal turlardır www.bakusightseeing.com. Biz standart turlar ilə yanaşı, eksklüziv marşrutlar yaradırıq, məsələn, sovet Bakısı, Bakı həyətləri və Sədərək labirintləri boyu turlar təklif edirik. Ziyarətçilər həm şəhərimizin qonaqları, həm də həmvətənlərimiz üçün maraqlı olan bütün ətraflı məlumatları alırlar.

Bizim  üçüncü əsas məhsulumuz muzeylərdə endirimlər, restoranlarda şam yeməyi, butiklərdə alış-veriş üçün sərfəli şərtlər təklif edən və Bakı şəhərinin rəsmi kartı olan “Baku Card” www.bakucard.az məhsuludur. Bu karta gündən-günə daha çox tərəfdaş qoşulur və bu kartın təqdimatını “Turizm və Səyahətlər” sərgisinə həyata keçiririk. Biz səyahət etmək arzusunda olan, öz ölkələrini sevən və digər maraqlı yerləri ziyarət etmək istəyən hər kəsi stendimizdə görmək arzusundayıq. Hazırlama və layihələndirmə üzrə bir çox məhsulumuz var və ümidvarıq ki, həmin məhsulları gələn il keçiriləcək sərgidə təqdim edəcəyik.

 



Tərəfdaşlar