EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Şəhərlərimiz arasında mühüm əlaqələr mövcuddur!
Media мərkəz » Xəbərlər

Şəhərlərimiz arasında mühüm əlaqələr mövcuddur!
06.04.2018

Xəbərlər

Mehmet Ensarioğlu, Izmir Şəhər Valiliyinin strategiya və koordinasiya üzrə direktoru

– İzmir Şəhər Valiliyi sərgidə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə iştirak edərək İzmir şəhərini, bu tanınmış şəhərin mədəniyyətini, təbiətini, ticarət marşrutlarını, turizm məhsullarını təqdim edir. Qeyd edim ki, İzmir, İstanbul, Ankara və Bursa şəhərlərindən sonra Türkiyənin inkişaf etmiş sənaye şəhəridir, habelə turizm və ticarət baxımından iqtisadi cəhətdən cəlbedicidir. Bu bizim “AITF” sərgisində ikinci iştirakımızdır. Ötən il biz Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevlə görüşdük və Bakıdan İzmirə gedən sərfəli reyslərin açılmasının zəruriliyi haqqında danışdıq. Bu, turizmin daha da inkişaf etdirilməsi üzrə ümumi məqsədə xidmət edən, şəhərlərimizi birləşdirən körpü rolunu oynayacaq.

Biz stendimizdə ziyarətçilərə İzmir şəhəri haqqında tam məlumat verən, rus, ingilis və türk dillərində zəruri xəritə və broşürlər təqdim edirik. Bundan başqa, stenddə quraşdırılmış monitorda fasiləsiz olaraq təqdimat videoları nümayiş etdirilir. Bütün qonaqlara milli şirniyyatlara təklif etmək bizim üçün xoşdur. İzmir çoxsaylı otelləri ilə məşhurdur. Onların bəzilərinin nümayəndələri bu gün burada iştirak edirlər və danışıqlar aparmağa və əlaqələr qurmağa hazırdırlar. Ən əsası isə qeyd etmək istərdim ki, 2019-cu ildə İzmir şəhərində Avropa və Türkiyənin ən böyük dəniz qovşağı olacaq limanın tikintisi başa çatır.



Tərəfdaşlar