EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “Mədəniyyət.az” jurnalının populyarlığı artır
Media мərkəz » Xəbərlər

“Mədəniyyət.az” jurnalının populyarlığı artır
07.04.2018

Xəbərlər

Zöhrə Əliyeva, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri, “Mədəniyyət.az” jurnalının Baş redaktoru

– “Mədəniyyət.az” jurnalı Azərbaycanda mədəni həyatın müxtəlifliyinə həsr olunub. Dərgidə Azərbaycan, rus və ingilis dillərində orijinal materialları dərc edilir. Biz hər il bu nəşri “AITF” sərgisi çərçivəsində öz stendimizdə təqdim edirik. Sərgi bütün fəaliyyət sahələri - turizm, incəsənət, mədəniyyət, KİV və digər sahələr üçün son dərəcə faydalıdır. Bizim üçün bu tədbir sadəcə bir tapıntıdır, çünki burada nəşrlərimiz üçün ilham ala və yeni mövzular tapa bilərik. Cəmiyyətlə, abunəçilər ilə əlaqəni itirməmək, və zamanın nəbzini tutmaq üçün daim informasiya məkanında olmaq çox vacibdir.

Bizim jurnal daim inkişaf edir, biz jurnalı bütün oxucu kateqoriyaları üçün cəlbedici etməyə çalışırıq. Buna görə də, bu sərgidə əsas vəzifəmiz turizm agentliklərinə, otellərə və sərmayədarlarını onların reklam məhsullarının effektiv şəkildə yayılması üzrə “Mədəniyyət.az” jurnalının geniş imkanlarını nümayiş etdirməkdir. Jurnal artıq populyardır, jurnalın geniş abunə bazası, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da daxil olmaqla mötəbər auditoriyası var.

Həmçinin, qeyd edim ki, “Mədəniyyət.az” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc edilməsi üçün tövsiyə olunan elmi dövri nəşrlər siyahısı”na daxil edilmişdir. Elmi dərəcə iddiasında olan hər kəs öz əsərlərini bizim dərgidə dərc etdirir.



Tərəfdaşlar