EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl səkkiz konsert zalı arasında yer alıb
Media мərkəz » Xəbərlər

Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl səkkiz konsert zalı arasında yer alıb
27.03.2019

Xəbərlər

Paris, 26 mart, AZƏRTAC

Dünyada məşhur olan “Vogue” jurnalının Paris nəşrinin portalında dünyanın səkkiz ən gözəl konsert zalı haqqında məlumat dərc olunub.

AZƏRTAC xəbər verir ki, dünyanın memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi də “Vogue”un siyahısında yer alıb. Mərkəzin məşhur memar Zaha Hadidin şah əsərlərindən biri olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, Heydər Əliyev Mərkəzi ölkəmiz üçün mədəniyyət və memarlığın yeni dövrünün rəmzidir. Memar bu əsəri vasitəsilə mədəniyyətimizin müxtəlif həssaslıqlarını və xalqın optimizmini əks etdirməyə çalışıb.

Dünyada böyük musiqiçilərin konsertləri keçirilmiş və ən gözəl hesab olunan bu konsert zallarının gizli sirlərlə dolu və bəzilərinin isə müasir memarlıq əsərlərinin şedevri olduğu vurğulanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris



Tərəfdaşlar