EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Rəylər
AITF - Qaxda otellər, Bakıda restoranlar
Media мərkəz » Xəbərlər

Qaxda otellər, Bakıda restoranlar
04.04.2019

Xəbərlər

Maykl Şzepanski (Michael Szczepanski), Baş direktor, “ULU Hospitality” şirkəti

– “ULU Hospitality” qonaqpərvərlik istiqamətində inkişaf edən gənc, lakin inamla böyüyən şirkətdir. Şirkətin əsas məqsədi Azərbaycanın turizm sektorunun inkişafına layiqli töhfə verməkdir. Bu gün şirkətin turizm təklifləri arasında Qaxda iki otel - “El Resort” və “Yurd”,  Bakıda isə iki restoran - “Zakura” və “Novbahar” yer alır.

“ULU Hospitality” şirkəti unikal məhsullar təklif edir. Qax regionu turizm istiqaməti kimi hələ az tanınsa da, tarixi abidələri və irsi ilə kifayət qədər zəngindir. Buna görə də burada yerləşən otellərin inkişaf perspektivi var. “Novbahar” restoranı Qax mətbəxinin ənənəvi yeməklərini təklif edir, “Zakura” yapon restoranı isə artıq 10 ildir ki, bazarda fəaliyyət göstərir və bütün bu müddət ərzində yemək və xidmətlərinin keyfiyyəti ilə qonaqlarını sevindirir.

“AITF” sərgisində iştirak etməkdə məqsədimiz “ULU Hospitality” şirkətlər qrupu və onun məhsullarının - otel və restoranlarının bərabər səviyyədə tanınmasını artırmaqdır. Hər kəsi stendimizdə görməkdən məmnunuq və adıçəkilən restoran və otelləri qonaqlarımıza tövsiyə edirik.

“AITF” sərgisi mühüm tədbirdir və Azərbaycanda turizm sektorunun inkişafına töhfə verir. Bu il “ULU Hospitality” şirkəti sərgidə debüt edir və burada iştirakımızın nə dərəcədə uğurlu olduğunu artıq gələn il qiymətləndirə biləcəyik. Biz “AITF” sərgisində uğur qazanacağımıza inanırıq və qonaqları stendimizdə salamlamaqdan məmnunuq.



Tərəfdaşlar