EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Stavropol – unikal kurort regionu
Media мərkəz » Xəbərlər

Stavropol – unikal kurort regionu
04.04.2019

Xəbərlər

Yevgeniy Stupnikov, Stavropol diyarının turizm və müalicə kurortları nazirinin birinci müavini

– Biz bu sərgidə Qafqaz Mineral Suları (QMS regionu) regionunu – Rusiyanın cənubunda, Stavropol diyarında yerləşən kurort şəhərlərini özündə birləşdirən və Rusiya Federasiyasının mühafizə olunan ekoloji-kurort regionunu təqdim edirik. Rusiya Federasiyasının kurortları arasında QMS regionunun federal kurortları təbii müalicə amillərinin yüksək kurort-rekreasiya effektivliyi sayəsində unikal kurortlar kateqoriyasına daxil edilib.

Müalicə-sağlamlıq turizmi regionda tibbi turizmin ən kütləvi və populyar növüdür. Bir sıra kurortlarda tam sağlam insanlar üçün də faydalı olan “wellness” proqramları (müalicə, anti-stress, kosmetoloji) nəzərdə tutulub. Öz təbii-müalicə resurslarına görə QMS regionunun Avrasiya qitəsində analoqu yoxdur.

Biz “AITF” sərgisində Stavropol diyarının kurortlarında istirahət və müalicənin rəqabətli üstünlüklərinin təqdimatını keçirəcəyik. Ümidvarıq ki, burada yeni tərəfdaşlar tapacaq və nəticədə, Azərbaycandan bizim kurortlara gələn qonaqların sayının artmasına nail olacağıq. Stavropol diyarının stendində Azərbaycanın turizm biznesi, nəhəng sənaye şirkətləri, səhiyyə, təhsil və idman nazirliklərinin nümayəndələrini görməkdən məmnun olarıq.

Sərgi yeni tərəfdaşlar axtarmaq üçün yaxşı işgüzar platformadır, hər il Azərbaycandan on minlərlə qonaq istirahət və müalicə məqsədi ilə bizim kurortları ziyarət edir və onların sayı ildən-ilə artır. Bu gün ölkənizin investorları tərəfindən Yessentuki şəhərində regionun ən yaxşı komplekslərindən biri - “İstoçnik” (“Çeşmə”) sanatoriyası inşa edilib.



Tərəfdaşlar