EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Biz artıq 10-cu dəfədir ki, “AITF” sərgisində iştirak edirik!
Media мərkəz » Xəbərlər

Biz artıq 10-cu dəfədir ki, “AITF” sərgisində iştirak edirik!
04.04.2019

Xəbərlər

Alenka Vidmar, “CSO RENEE TOURS” şirkəti

“CSO RENEE TOURS” Sloveniyaya gələn rusdilli turistlər üzrə ixtisaslaşmış turizm şirkətdir. Biz kompleks xidmətlər təklif edirik: oteldə yerləşmə, qrup və fərdi transferlər, ekskursiyalar, fərdi müştərilər, qruplar və “MICE” sahəsi üçün bütün Sloveniya ərazisində, dəniz kənarında, Alp göllərində və xizək kurortlarında əlavə xidmətlər.

Bu il biz sərgidə Sloveniyanın “Rogaska Slatina” kurortunun stendi çərçivəsində iştirak edir və sərgidə şirkətimiz və turoperatorlar ilə yanaşı, “Rogaska” tibb mərkəzini də təqdim edirik.

“Rogaska Slatina” kurortu özlüyündə unikal məkandır – dünyanın heç bir yerində “Donat Mg” kimi mineral su yoxdur. Bizim şirkət tibb mərkəzinin səhmlərinin böyük hissəsinə sahibdir və bu müalicəvi su əsasında “Rogaska Slatina” kurortunda yerləşən bütün otel və apartamentlər üçün tibbi müalicə paketləri təklif edir.

Bu il şirkətimiz üçün yubileydir və mən də ardıcıl olaraq 10-cu ildir ki, “AITF” sərgisində iştirak edirəm.

Şirkətin sərgidə debüt etdiyi 2010-cu ildə bu tədbir Sloveniyanı yeni və cəlbedici turizm istiqaməti kimi Azərbaycanlı turistlərə təqdim etmək üçün bir vasitə idi.

Biz yaxşı nəticələr əldə etmişik, Azərbaycandan gələn turistlərin sayı artıb və bir neçə il sonra Sloveniyanı təmsil edən bir sıra kurortun iştirakı ilə Sloveniya Turizm Şurası da tədbirdə stendi ilə iştirak edib.

Sərgi Azərbaycanı təmsil edən mövcud tərəfdaşlarımız ilə görüşlər keçirmək və yeni tərəfdaşlar axtarmaq üçün yaxşı fürsətdir. Biz gələcəkdə də bu sərgidə iştirak etmək niyyətindəyik.



Tərəfdaşlar