EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Yeni aviareyslər
Media мərkəz » Xəbərlər

Yeni aviareyslər
04.04.2019

Xəbərlər

Paşa Kəsəmənski, “Azərbaycan Hava Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr üzrə prezident köməkçisi

– “AZAL” Azərbaycanda keçirilən Beynəlxalq “Turizm və Səyahətlər” sərgisinin daimi iştirakçılarından biridir. Azərbaycanın milli aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC-nin stendi çərçivəsində “Buta Airways” büdcə aviaşirkəti, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “VIP Aviation Services” şirkəti, “SilkWay Travel” turizm şirkəti və başqa strukturlar təqdim edilir.

Stendimizdə “Buta Airways” aviaşirkətinin bu il açılacaq yeni aviareysləri (Bakı-Odessa-Ankara-Həştərxan-Batumi-Ufa və digər şəhərlər) təqdim edilir.

Bundan başqa, hər il bizim stenddə sərginin ziyarətçiləri üçün ənənəvi lotereya keçirilir. Biz bu il sərginin keçirildiyi hər günün sonunda aviabiletləri uduşa qoyacağıq. İştirak etmək üçün stendimizi ziyarət edərək istədiyiniz uçuş istiqamətini seçmək və pasport məlumatlarınızı bildirmək kifayətdir.

Biz “AITF-2019” sərgisində iştirak etməklə sərginin auditoriyasını bizim aviaşirkətin və onun tərkibinə daxil olan strukturların xidmətləri ilə tanış etmək, əməkdaşlıq üçün işgüzar tərəfdaşlar tapmaq, avia-marşrut qiymətlərindəki endirim yenilikləri barədə potensial turistlərə məlumat vermək və qarşıya qoyulan digər məqsədlərə nail olmaq niyyətindəyik. Sərgi bütün turizm sahələri və ilk növbədə də aviaşirkətlər və turizm təşkilatları üçün vacibdir. Bu, yeni əlaqələr qurmaq və etibarlı işgüzar tərəfdaşlar tapmaq istəyən hər kəs üçün əlverişli platformadır.



Tərəfdaşlar