EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “AITF 2019”: parlaq səyahət dünyası!
Media мərkəz » Xəbərlər

“AITF 2019”: parlaq səyahət dünyası!
04.04.2019

Xəbərlər

4 aprel tarixində Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF-2019”) sərgisi start götürüb. Sərginin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir.

Sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesə Dəstək Agentliyinin rəhbəri Orxan Məmmədov, Azərbaycan Otellər Assosiasiyasının sədri Martin Kleynmann, Turizmin İnkişafı Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr Departamentinin sədri Cəmilə Talıbzadə, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Caspian Event Organisers” (“СЕО”) şirkətinin regional direktoru Edvard Stroon iştirak ediblər.

“Caspian Event Organisers” (“СЕО”) şirkətinin regional direktoru Edvard Stroon qonaqları və iştirakçıları salamlayaraq vurğuladı ki, sərgilərin keçirilməsi işgüzar turizmin inkişafının mühüm istiqamətidir. “-Biz il ərzində 14 sərgi keçiririk”, deyə c-b Stroon məlumat verib, “...və ötən il bizim sərgiləri 9 min xarici vətəndaş ziyarət edib. Bu il “AITF 2019” sərgisində dünyanın 17 ölkəsini təmsil edən 189 şirkət iştirak edir. Milli turizm bürolarının və öz ölkələrinin səfirliklərinin dəstəyi ilə Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, İtaliya, Çin, Mərakeş, Tailand, Türkiyə və Çex Respublikasının milli qrupları sərgidə iştirak edir. Roqaşka Stalina (Sloveniya), Stavropol diyarı (Rusiya) sərgidə regional stendlə, Odessa, Truskovets və Lvov (Ukrayna), İzmir (Türkiyə) şəhərləri isə kollektiv stendlə çıxış edir. İranın Maku Azad Ticarət Zonası regional stendlə sərgidə debüt edir. Dominikan Respublikası Turizm Nazirliyi iştirakçı ölkələr arasında seçilmək və öz turizm istiqamətini daha parlaq şəkildə təqdim etmək məqsədilə “AITF-2019” sərgisinin sponsoru qismində çıxış edir”.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev qeyd edib ki, turizm sektoru dövlət iqtisadiyyatının prioritetlərindən biridir. “-Ötən ildən etibarən, turizm sahəsində tapşırıqların həlli bizim Agentliyə həvalə edilib”- deyə natiq məlumat verib. Agentliyin fəaliyyəti haqqında danışan c-b Nağıyev milli turizmin beynəlxalq miqyasda inkişafı və təbliği ilə bağlı olan bütün təşəbbüslərin aktuallığını vurğulayıb. Biz Azərbaycanın turizm potensialını təqdim edən layihələri dəstəkləyirik və sərgi məhz belə mühüm tədbirdir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov qeyd edib ki, “AITF” sərgisi turizm sektorunu nümayiş etdirmək üçün perspektivli platformaya çevrilib. Yeni biznes şəraitində turistləri cəlb etməyə çalışan ölkələrin sağlam rəqabəti yaranır. Bu hərəkatın əsas məqsədi gəlir əldə etmək, yeni iş yerlərinin açılması və ölkəyə xarici valyuta cəlb etməkdir. Agentlik turizm sahəsində kiçik və orta biznesin inkişafı üçün şəraitin yaradılması ilə fəal şəkildə məşğuldur. Dövlət və özəl sektorların birgə fəaliyyəti qonaqpərvərlik sahəsinin daha da təkmilləşdirilməsinə yönəlib.

Azərbaycan Otellər Assosiasiyasının sədri Martin Kleynmann öz assosiasiyasının fəaliyyəti barədə məlumat verib və sərginin bütün iştirakçılarına uğurlar arzulayıb.

Turizmin İnkişafı Dövlət Agentliyinin Beynəlxalq əlaqələr departamentinin sədri Cəmilə Talıbzadə Azərbaycan sərgisi üçün böyük əhəmiyyət kəsb edən Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvilinin məktubunu oxuyub.

Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrin turizm bazarlarının, milli və regional turizm təşkilatlarının və dövlət strukturlarının nümayəndələrini bir araya gətirib. “AITF” sərgisi bütün diqqətini gediş və gəliş turizmə, eləcə də tədbirlər turizminin – “MICE” sənayesinin inkişafına yönəldib.

“Bütün dünya. Bir sərgi” bu şüar altında keçirilən sərgi Azərbaycanı səyahət üçün cəlbedici istiqamət kimi təqdim etməklə mühüm rol oynayır. Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edir. Azərbaycanı təmsil edən turizm şirkətləri, otel və sanatoriyaları öz stendində bir araya gətirmiş Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası Azərbaycanda və xaricdə turizm üzrə böyük təkliflər silsiləsini təqdim edir.

Ötən il olduğu kimi bu il də sərgidə təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ovçuluq və balıqçılıq turizmini təqdim edilir. Xüsusi “Tibbi və Sağlamlıq Turizmi” sektorunda Bolqarıstan, Belarus Respublikası, Rusiya (Stavropol diyarı), Sloveniya (Roqaşka Stalina), Çex Respublikası və digər ölkələrin sanatoriyaları və sağlamlıq mərkəzləri iştirak edir.

Ölkə Prezidenti Zati-aliləri İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib və bu sərgidə dahi şairin yaradıcılıq mövzusu geniş təqdim olunur.

 



Tərəfdaşlar