EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Sərginin yaxşı inkişaf təmayülü var
Media мərkəz » Xəbərlər

Sərginin yaxşı inkişaf təmayülü var
05.04.2019

Xəbərlər

Azər Qərib, səyahətçi-bloqer, teleaparıcı

– Mən turizm sərgisini hər il ziyarət edirəm. Bu, maraqlı və faydalı tədbirdir. Sərgi sayəsində mən yeni məlumatlar toplayır, zəruri əlaqələr qurur və ən azı ildə bir dəfə köhnə dostlarımla görüşürəm. Sərgi yüksək səviyyədə təşkil edilib, gələcək inkişaf üçün yaxşı təmayül mövcuddur. Zənnimcə, turizm özünəməxsus biznes sahəsidir. Əgər işgüzar insanlar sərgilərdə iştirak etməyi qərara alırlarsa və öz vəsait və güclərini sərf edirlərsə, deməli belə layihə vacib və perspektivlidir. Bu gün otellər, kurortlar, turizm şirkətləri və müxtəlif regionların bölgələri geniş şəkildə təqdim olunur. Mən burada Asiya ölkələrinin nümayəndələrini daha çox görmək istərdim. İştirakçılar arasında “Libraff” şirkətini də görməkdən məmnunam. Stendlərdə müxtəlif dillərdə soraq kitabçaları var, lakin mən Azərbaycan dilində də daha çox məlumat görmək istərdim.



Tərəfdaşlar