EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Kurort üçbucağında tibbi və sağlamlıq turizmi
Media мərkəz » Xəbərlər

Kurort üçbucağında tibbi və sağlamlıq turizmi
05.04.2019

Xəbərlər

Alena Kudilkova, Çex Respublikasının Milli Turizm İdarəsinin (“ÇexTurizm”) direktoru

- Çex Respublikasının milli stendi çərçivəsində (əsasən) tibbi və müalicə turizm istiqamətini təqdim edən 9 tərəfdaş iştirak edir. Onların arasında “Karlovı Varı”, “Marianske-Lazne”, “Frantişkovı-Lazne” və s. kurortların yerləşdiyi “kurort üçbucağı” - “Karlovi Varı” yer alır. “Karlovi Varı” kurortu həm kurortlar, həm də aktiv istirahət imkanları, maraqlı görməli yerlər barədə məlumat verir. “Karlovi Varı” kurortunun “Imperial” və “Resort Sanssouci” otelləri sərginin ziyarətçilərini bütün xidmətlər ilə tanış edir.

“Marianske-Lazne” kurortu böyrək xəstəlikləri, qadın xəstəlikləri, ürək-damar xəstəlikləri və b. xəstəliklərin müalicəsi sahəsində ixtisaslaşıb. “Luqaçovitsa” kurortunda astma, yuxarı tənəffüs yolları və digər xəstəliklər müalicə edilir. “Tepliçe” kurortu isə termal suyun köməyi ilə dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi sahəsində ixtisaslaşıb. “Yanske-Lazne” kurortunda da uşaqlarda dayaq-hərəkət sistemi xəstəlikləri, böyüklərdə iflic və s. xəstəliklər müalicə edilir.

Stenddə tibbi turizm istiqamətində ixtisaslaşmış, kompleks turizm paketləri təklif edən “Astra Travel”, “Saxana Travel” və “Vedi Tour” turizm şirkətləri iştirak edir.

Tezliklə mövsümi Bakı-Praqa birbaşa aviareysinin açılması gözlənilir və bu reys ölkələrimiz arasında müntəzəm reysləri təmin edəcək.

Məqsədimiz Azərbaycandan gələn turist axınını artırmaqdır. Hazırda onların sayı ildə 10 min nəfər təşkil edir. Çex tərəfdaşlar ilə əməkdaşlığa hazır olan turizm şirkətlərini stendimizdə görməkdən məmnun olarıq.



Tərəfdaşlar