EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Tailand nə ilə məşhurdur?
Media мərkəz » Xəbərlər

Tailand nə ilə məşhurdur?
05.04.2019

Xəbərlər

Konstantin Kinel, Tailand Turizm İdarəsinin Moskva ofisinin marketinq üzrə meneceri

- Tailand Turizm İdarəsi Bakıda keçirilən beynəlxalq turizm sərgisində doqquzuncu dəfədir ki, iştirak edir. Bir qayda olaraq, bizim milli stend çərçivəsində Tailandı təmsil edən turizm şirkətləri və otellərin nümayəndələri də öz xidmətlərini təklif edir. Bu dəfə stendimizdə Phuket adasında yerləşən “Mai Khao” otelinin nümayəndələri iştirak edirlər.

Biz Tailanda gələn turistlərin sayını artırmaq məqsədi ilə Azərbaycan bazarına yeni istirahət istiqamətini, eləcə də turizm məhsul və proqramlarını təklif etmək tapşırığı ilə sərgiyə gəlmişik. İlk növbədə, biz tibbi turizmi qeyd etmək istərdik, çünki Tailand Azərbaycanlı turistləri maraqlandıra biləcək öz “SPA” kompleksləri, gəncləşmə proqramları və artıq çəkinin korreksiyası və s. ilə məşhurdur.

Son məlumatlara əsasən, il ərzində 2.500 Azərbaycan vətəndaşı Tailandı ziyarət edir. Azərbaycanlılar əsasən Phuket adası, Pattayu şəhəri, qismən Samui adası və Banqkoka səyahət etməyə üstünlük verirlər. Biz Azərbaycanlı turistləri yeni istirahət yerləri barədə məlumatlandırmaqla, ziyarət coğrafiyasını genişləndirmək istərdik. Azərbaycanlılar ailə və uşaqları ilə əsasən yanvar və mart aylarında səyahət etməyi xoşlayırlar.

Stendimizdə bizimlə işgüzar əlaqələr qurmaq istəyən peşəkarları, eləcə də ölkəmiz barədə daha çox məlumat almaq istəyən potensial turistləri görməkdən məmnun olarıq.

 



Tərəfdaşlar