EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Dünyada ən böyük tarixi park
Media мərkəz » Xəbərlər

Dünyada ən böyük tarixi park
05.04.2019

Xəbərlər

Angel Todorov, “Tarixi park” kompleksinin maliyyə məsləhətçisi

– Sərgidə Bolqarıstanın milli stendi çərçivəsində dörd təşkilat təmsil olunub: Bolqarıstan Respublikası Turizm Nazirliyi, dəniz sahilində yerləşən Varna şəhər bələdiyyəsi, “Kamçiya” sanatoriya-sağlamlıq kompleksi və “Tarixi park” kompleksi.

“Tarixi park” Bolqarıstanın tarixinə həsr olunmuş və Varna şəhərindən qısa məsafədə, Neofit Rilski qəsəbəsinin yaxınlığında salınmış böyük mədəniyyət-əyləncə kompleksidir. Salınmasına 12 il sərf edilmiş parkın açılışı 22 iyun 2019-cu il tarixinə planlaşdırılır. Bu dünyanın ən böyük tarixi parkıdır. Burada müxtəlif tarixi dövrlərə həsr olunmuş, 10 min illik müddəti – o cümlədən neolit, orta əsrlər, Roma dövrü və digər dövrləri əhatə edən bir neçə mədəniyyət kompleksi yerləşir. Həmçinin parkda tarixi mövzuda suvenirlər – sikkələr, keramik məhsullar, rekonstruksiya edilmiş bəzək əşyaları və s. istehsal ediləcək və satılacaq.

Məqsədimiz bir sıra elit kompleks, otel və digər obyektlərin inşa edildiyi tarixi parkın infrastrukturuna investisiya yatırmaq imkanı barədə sərginin işgüzar ziyarətçilərini məlumatlandırmaqdır.



Tərəfdaşlar