![]() |
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ![]() ![]() |
Ketevan Tsaava,“EVEX” Tibb Korporasiyasının Beynəlxalq satış bölməsinin rəhbəri
– “EVEX” Tibb Korporasiyası Bakıda keçirilən beynəlxalq turizm sərgisində debüt edir. “EVEX” korporasiyası Gürcüstan bazarında səhiyyə xidmətlərinin iri təchizatçısıdır. Biz ölkənin böyük hissəsini əhatə edən 76 klinikadan ibarət geniş şəbəkəmiz sayəsində stasionar və ambulator xidmətlərin geniş silsiləsini təklif edirik. Bizim korporasiya 2015-ci ildən etibarən London birjasının “Premium” siyahısına daxildir. Bizim klinikalarda çalışan həkimlərin bir çoxu dünya universitetlərinin diplomlarına, eləcə də Avropa və ABŞ-ın aparıcı klinikalarında iş təcrübəsinə malikdir. Şirkət bütün dünyada tanınan İsrailin tibb professorları Assosiasiyası (A.L.I.M.P.) ilə yaxın vaxtlarda yeni layihəyə start vermişik və bu layihənin iştirakçıları pasiyentləri əməliyyat etmək üçün Tbilisi şəhərinə gələcəklər.
Biz tibbi turizmin inkişafında maraqlıyıq və oftalmologiya, onkologiya, plastik cərrahiyyə, EKO, böyrək transplantasiyası və digər sahələrə xüsusi əhəmiyyət veririk. Azərbaycan bizim üçün mühüm bazardır. Bir çox Azərbaycanlı müalicə almaq məqsədi ilə Gürcüstana gəlir, çünki həm məsafə yaxındır, həm də dil problemi yoxdur. Biz sərginin köməyi ilə ölkənizdən daha çox pasiyent cəlb etmək istərdik. Biz bu məqsədlə turizm şirkətləri, xüsusilə də tibbi turizm sahəsində ixtisaslaşmış şirkətlər ilə münasibətlər yaradırıq. Sizi stendimizdə görməkdən məmnun olarıq!