EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Mehmanxana biznesinin aparıcı təchizatçısı
Media мərkəz » Xəbərlər

Mehmanxana biznesinin aparıcı təchizatçısı
05.04.2019

Xəbərlər

Rüfət Zairov, “HotelsPro” şirkətinin Azərbaycan və Ukraynada biznesin inkişafı üzrə meneceri

- Biz Azərbaycanda keçirilən bu sərgidə ilk dəfə deyil ki, iştirak edirik və bu il də biz Türkiyənin milli stendi çərçivəsində öz xidmətlərimizi təklif edirik.

Turizm sektorunun peşəkarları üçün nəzərdə tutulmuş “HotelsPro” “onlayn” servisi mehmanxana biznesinin aparıcı təchizatçısıdır. Sistem qonaqpərvərlik sahəsində aktual məhsulların və həll variantlarının qlobal miqyasda, ən əlverişli rəqabət qabiliyyətli qiymətlərlə asanlıqla əldə edilməsini təklif edir. Bizim veb-saytda bütün dünya üzrə 600 mindən artıq otel var və 65 mindən artıq agentlik bizimlə əməkdaşlıq edir. Şirkətin baş ofisi İstanbul şəhərində yerləşir. Həmçinin Dubay, Orlando (ABŞ), Şanxay, London, Barselona və digər ölkələrdə ofislərimiz var.

Biz sərgidə bizim sistemin xüsusiyyətləri barədə peşəkarlara məlumat veririk. Məsələn, veb-saytın rahat mobil versiyası var. Həmçinin biz turizm agentləri üçün bonus proqramı təklif edirik. Bir sözlə, bizim servis “B2B” sahəsi üçün nəzərdə tutulub və sərgi birbaşa auditoriyamız ilə ünsiyyət qurmaq imkanı verir.

 



Tərəfdaşlar