EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Ölkələrimiz arasında turist mübadiləsinin artacağını gözləyirik
Media мərkəz » Xəbərlər

Ölkələrimiz arasında turist mübadiləsinin artacağını gözləyirik
05.04.2019

Xəbərlər

Taufiq Buxarsa, mərakeş Milli Turizm İdarəsinin Rusiya və MDB ölkələri üzrə nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

– Mərakeş Milli Turizm İdarəsi Bakıda keçirilən turizm sərgisində dəfələrlə iştirak edib. Biz Azərbaycan auditoriyasını ölkəmizin turizm imkanları ilə tanış etməyə çalışırıq. Mərakeş bir çox Azərbaycanlı üçün uzaq sirli ölkədir, lakin buna baxmayaraq, ölkələrimiz arasında bır sıra ortaq cəhətlər var: mədəniyyət, din, ənənələr, qastronomiya, xoşməramlı insanlar. Mərakeş Afrikada yerləşir və buna görə də ölkə ekzotik koloritə malikdir. Ölkənin sahillərini Atlantik okeanının və Aralıq dənizinin sulari yuyur, ölkədə Sahara səhrası (Böyü Səhra) və Atlas dağları yerləşir.

Sərginin ziyarətçiləri daim stendə yaxınlaşır, Mərakeşin mədəniyyəti ilə yaxından maraqlanır və biz onlara faydalı məlumatlar verməyə çalışırıq. Bizim məqsədimiz həm Mərakeşin turizm xüsusiyyətləri barədə geniş auditoriyanı məlumatlandırmaq, həm də Azərbaycanın turizm sektorunun təmsilçiləri ilə peşəkar əlaqələr qurmaqdır.

Ölkələrimiz arasında turist axınının artacağını gözləyirik. Ümidvarıq ki, yaxın vaxtlarda Mərakeş ilə Azərbaycan arasında birbaşa çarter reysi açılacaq, hələlik turistlər tranzit reyslərdən istifadə edə bilərlər. Vizanın alınmasında da heç bir problem yoxdur: Bakıda Mərakeşin səfirliyi fəaliyyət göstərir və səfirlikdə turist vizaları verilir.

 



Tərəfdaşlar