EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Hər sərgi böyük bir bayramdır!
Media мərkəz » Xəbərlər

Hər sərgi böyük bir bayramdır!
06.04.2019

Xəbərlər

Elçin Yolçuyev, “Avionics travel@holiday” şirkətinin satış üzrə direktoru

- Mən sərgilərə böyük maraq göstərirəm. Peşəkarlıq baxımdan, bu, yeni iştirakçı, şirkət və onların məhsullarını tanımaq üçün unikal imkandır. Turoperator olaraq mən bu şəkildə öz məlumat bazamı genişləndirirəm və bu da sonradan mənim işimə müsbət təsir göstərir, biznesin inkişafı üçün yeni imkanlar yaranır. Bu gün məni müalicə sanatoriyaları maraqlandırır. Xüsusilə, Qafqaz Mineral Suları regionunun stendi faydalı oldu. Mən maraqlı danışıqlar apardım və sərfəli təkliflər aldım. Adi ziyarətçi kimi isə hesab edirəm ki, sərgi böyük bayramdır və mən istərdim ki, hər iştirakçı öz stendinin təşkili haqqında düşünərkən, maraqlı uduş və müsabiqələrin də təqdimatını (stendinə) daxil etsin. Bu, insanları cəlb edir və daha çox bayram ab-havası yaradır.



Tərəfdaşlar