EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - “AITF” sərgisi çərçivəsində tet-a-tet müzakirələr
Media мərkəz » Xəbərlər

“AITF” sərgisi çərçivəsində tet-a-tet müzakirələr
06.04.2019

Xəbərlər

Natalya Ağayeva, “Alean” şirkətinin direktoru

- Mən sərgidə cari məsələləri müzakirə etmək üçün öz köhnə tərəfdaşlarım ilə görüşlər keçirdim və artıq yeni məhsul və istiqamətlər təklif edən yeni insanlar ilə görüşməyi də planlaşdırıram. Sərgi şəxsi əlaqələrin qurulmasında bizə kömək edir - işimizin böyük qismini internet vasitəsi ilə həyata keçiririk. Lakin “AITF” sərgisi çərçivəsində tet-a-tet müzakirələr aparılır ki, bu da işgüzar görüşlərin nəticələrinə təsir edir.

Mən sərgiləri mütəmadi şəkildə ziyarət etməyim sayəsində tərəfdaşlarımın böyük qismi ilə tanış olmuşam. İşim vüsət alıb, əlaqələrim güclənib. Mən istərdim ki, gələcəkdə iştirakçıların coğrafiyası da genişlənsin. Bizə müraciət edən, Azərbaycanlı turistlərin istəklərini nəzərə alaraq, sərginin iştirakçıları arasında Afrika və Cənubi Amerika ölkələrini də görmək istərdim, belə ki, bu istiqamətlərə maraq göstərən müəyyən kateqoriyalı turistlər var.



Tərəfdaşlar