EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Rəylər
AITF - Tədbirin yüksək reytinqi
Media мərkəz » Xəbərlər

Tədbirin yüksək reytinqi
06.04.2019

Xəbərlər

Mindiya Çinçarauli, “Backpack tours” (Gürcüstan) şirkəti

- Mən və həmkarlarım ilk dəfədir ki, Bakıya gəlmişik. Biz turizm şirkətində çalışırıq və bizi bura biznesimizi inkişaf etdirmək arzusu gətirib. Məqsədimiz müştərilərimizin zövqünü öyrənmək və onlara kompleks turizm servisi təklif etməkdir. Biz sərgiyə tərəfdaşlıq bazamızı genişləndirmək, yeni insanlar və xidmət növləri ilə tanış olmaq arzusu ilə gəlmişik. Tailand və İtaliya nümayəndələri bizdə maraq oyatdı. Yerli şirkət nümayəndələri ilə aparılan danışıqlar mühüm və yaxşı nəticələr verib. Əgər bu sərginin reytinqini 10 ballıq şkala ilə qiymətləndirsək, mən tədbirə 9 bal verərdim! Sərgi peşəkarlar ilə görüşmək və yeni əlaqələr qurmaq üçün ən düzgün və əla vasitədir. Mən bu sərgini xoş təəssüratlarla tərk edirəm və buna görə təşkilatçılara minnətdaram!



Tərəfdaşlar