EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Çinin turizm şirkətləri nümayəndələrinin Azərbaycan turoperatorları ilə görüşü təşkil olunub
Media мərkəz » Xəbərlər

Çinin turizm şirkətləri nümayəndələrinin Azərbaycan turoperatorları ilə görüşü təşkil olunub
08.07.2019

Xəbərlər

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çin Xalq Respublikasından olan aparıcı turizm şirkətlərinin nümayəndələrinin yerli turoperatorlarla tanışlıq görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi iki ölkənin turizm nümayəndələrini bir araya gətirərək qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsinə şərait yaratmaqdır.

“B2B” formatlı tanışlıq görüşündə Azərbaycanın 40-dan çox turoperatoru iştirak edib.

Çinli turoperatorlarla tərəfdaşlıq məqsədilə ikitərəfli əlaqələr, əməkdaşlıq imkanları müzakirə olunub, onlara Azərbaycan və onun turizm imkanları barədə geniş məlumat verilib.



Tərəfdaşlar