EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq
Media мərkəz » Xəbərlər

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq
19.09.2019

Xəbərlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Dövlət Turizm Agentliyinin İşgüzar Tədbirlər Sənayesi Alyansı təşkilat üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verib.

Agentlikdən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə 10 nümayəndənin qatıldığı işçi qrup yeni işgüzar turizm məhsullarının yaradılmasına dəstək göstərəcək.

Görüşdə çıxış edən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış avstriyalı ekspert İvo Franşitz qeyd edib ki, üzvlər arasında birgə və koordinasiyalı fəaliyyət, bununla bərabər, daxili resurslardan doğru şəkildə istifadə işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını daha da artıracaq.

Xatırladaq ki, iyulun 11-də İşgüzar Tədbirlər Sənayesi Alyansının rəsmi təqdimat mərasimi keçirilib.

Alyansın yaradılmasında məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsinə nail olmaq və bunu intensivləşdirməkdir.



Tərəfdaşlar