EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
9 - 11 aprel 2020 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgi hesabatı 2019

Fotoqalereya
AITF - Bakı, Aktau, Türkmənbaşı, Mahaçqala limanları Xəzər dənizində kruiz gəmilərinin marşrutuna daxil ediləcək
Media мərkəz » Xəbərlər

Bakı, Aktau, Türkmənbaşı, Mahaçqala limanları Xəzər dənizində kruiz gəmilərinin marşrutuna daxil ediləcək
16.09.2019

Xəbərlər

Moskva, 16 sentyabr, AZƏRTAC

Bakı, Aktau, Türkmənbaşı, Mahaçqala limanları Xəzər dənizində kruiz gəmilərinin marşrutuna daxil ediləcək.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Həştərxan vilayətinin yeni seçilmiş qubernatoru İqor Babuşkin bu barədə jurnalistlərə məlumat verib. O bildirib ki, kruiz gəmilərinin 2020-ci ildə marşruta buraxılması nəzərdə tutulub.

Gəmilər Həştərxandan çıxıb Bakı, Aktau, Türkmənbaşı, Mahaçqala limanlarına girəcəklər. Qubernatorun sözlərinə görə, Qazaxıstanın Rusiyadakı səfiri ilə bu məsələ artıq müzakirə olunub. İ.Babuşkin əminliklə ifadə edib ki, Azərbaycan və İran da bu ideyanı məmnuniyyətlə dəstəkləyəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva



Tərəfdaşlar