EN
RU
Şəxsi kabinet
19-cu Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisi

8 - 10 aprel 2022 Bakı Ekspo Mərkəzi
aitf

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Rəylər

Sərgi hesabatı 2019
AITF - Tbilisidə Dünya Turizm Təşkilatının (DTT) 112-ci sessiyası işə başlayıb
Media мərkəz » Xəbərlər

Tbilisidə Dünya Turizm Təşkilatının (DTT) 112-ci sessiyası işə başlayıb
17.09.2020

Xəbərlər

TurizmTV xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycanın İspaniya Krallığında və Andoro Knyazlığında səfiri, eyni zamanda, Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov, Dövlət Turizm Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Talıbzadə və Azərbaycanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Sərxan İsmayılov təmsil edirlər. Gürcüstanın Baş Naziri Giorgi Qaxaria çıxış edərək ölkəsinin turizm imkanları, koronavirus pandemiyasının iqtisadiyyata, o cümlədən turizm sektoruna ciddi mənfi təsiri barədə məlumat verib. Hökumət başçısı Gürcüstanın iqtisadi böhrandan daha az itki ilə çıxmaq üçün region dövlətləri və digər ölkələrlə turizm sahəsindəki əməkdaşlıq imkanları barədə danışıb. DTT-nin baş katibi Zurab Pololikaşvili gündəlikdə duran məsələlərlə bağlı hesabat verib, turizmin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr, bu sahədə regional əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb. Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı görüşlərdə ölkəmizin turizm potensialı, əməkdaşlıq imkanları barədə məlumat veriblər. Sentyabrın 19-dək davam edəcək sessiyada DTT-nin İcraiyyə Şurasının orqanlarının – turizm və rəqabətlilik, turizm və davamlılıq, eləcə də statistika komitələrinin hesabatları dinləniləcək, təşkilatın assosiativ üzvlüklə bağlı müraciətlərə baxılması üzrə komitəsinin də hesabatına baxılacaq. Bundan başqa, DTT-nın 113, 114 və 115-ci sessiyalarının keçiriləcəyi yer və tarixləri barədə qərar qəbul olunacaq.